Bakı. AzerVoice:
Qəzza zolağında iki həftə işləyən fransız həkim Raphael Pitti Qəzza xalqının pis qidalandığını bildirib.
AzerVoice-un məlumatına görə, 16 fransız parlamentaridən ibarət nümayəndə heyəti fevralın 3-dən etibarən "Qəzzada atəşkəs" çağırışı ilə Misir və Rəfah Sərhəd Qapısını ziyarət edir.
Bu çərçivədə, nümayəndə heyəti dünən axşam Misirin paytaxtı Qahirədə iki həftə Qəzzada bir xəstəxanada peşəsini icra edən həkimlərlə görüşüb.
Nümayəndə heyətinin tərkibində olan Sərbəst Fransa Partiyasından (LFI) millət vəkili Tomas Portes X sosial media platformasında Qəzza zolağında çalışan sözügedən həkimlərdən biri olan Rafael Pitti ilə görüşünün videoyazısını paylaşıb.
Pitti, daha əvvəl keçmiş Yuqoslaviya və Çad kimi böhranlı bölgələrdə olduğunu, lakin Qəzzadakı insanların vəziyyətinə bənzər bir şeylə heç vaxt qarşılaşmadığını izah edib.
“Qəzza xalqı onsuz da çox çətin vəziyyətdə yaşayır, qidasızdırlar",- deyə həkim qeyd edib.
Pitti bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) bölgədəki fəaliyyətini dayandırarsa, bu, fələstinliləri ölümə məhkum etmək anlamına gələcək.
Pitti Qəzzada aclıq vəziyyətinə diqqət çəkərək deyib ki, fələstinlilər daha yemək yeyə bilmirlər, dilənərək yemək axtarmalı olurlar.
Qəzzada təxminən 27 min insanın öldürüldüyünə diqqət çəkən Pitti, 2 milyon qəzzalının namusunun tapdalandığını və bunun qəbuledilməz bir vəziyyət olduğunu qeyd edib.
Aytac Süleymanova
Twitter: a_alieva_