Bakı, AzerVoice
İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində açılan soyqırım iddiasına müdaxilə etmək üçün hazırladığımız sübutları Haaqada təqdim edəcəyik.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Fələstinlilər atəşkəs danışıqlarında konstruktiv yanaşma nümayiş etdirsələr də, İsrail yanaşması isə hər zaman destruktiv olub.” – deyə o qeyd edib.
Hakan Fidan bildirib ki, İsmayıl Haniyəyə edilən sui-qəsd, Netanyahunun sülh istəmədiyini göstərir.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra baş verib.
Hafiz Rufizoğlu