Bakı,AzerVoice
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında görüş gələn ay Keseb Sərhəd Qapısında baş tuta bilər.
AzerVoice xəbər verir ki, görüş Türkiyə Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin arasında Ankarada əldə olunan razılaşmaya əsasən, gələn ay Keseb Sərhəd Qapısında baş verə bilər.
Rusiyanın Ankara ilə Dəməşq arasında münasibətləri normallaşdırmaq üçün atdığı addımların başlanğıcında sərhəd qapısında təxminən üç il əvvəl Türkiyə və Suriya kəşfiyyat rəsmiləri arasında görüş keçirilib.
Qeyd edək ki, iyulun 23-də Moskvada Rusiya və Suriya prezidentləri Vladimir Putin ilə Bəşər Əsədin görüşü olub. Bundan iki gün sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Müəllifin fikrincə, bu təmaslar diplomatiya mətbəxində nəyinsə hazırlandığını göstərir.
Ərdoğanın Fidana Əsədlə görüşə hazırlaşmaq səlahiyyəti verdiyini xatırladan xəbərdə qeyd olunur ki, nazir Suriya tərəfinin qarşıdakı danışıqlarla bağlı ilkin şərt irəli sürmədiyini bildirib.