Bakı, AzerVoice
Türkiyənin altı ayda xalça ixracatı 1 milyard 374 milyon dollar olub.
AzerVoice xəbər verir ki, bu barədə Cənub-Şərqi Anadolu İxracatçılar Birliyi (GAİB) açıqlama verib.
Türk xalça istehsalçıları 2024-cü ilin birinci yarısında 283 milyon 792 min kvadratmetr xalça ixracından 1 milyard 374 milyon 655 min dollar gəlir əldə ediblər. Türkiyədən ən çox xalça 397 milyon 757 min dollarla ABŞ-a satılıb.
Qeyd edilib ki, Türkiyədəki xalça istehsalçıları 2024-cü ilin ilk 6 ayında 183 ölkəyə və azad zonalara 283 milyon 792 min kvadratmetr xalça satıb.
Bu ixracın müqabilində 1 milyard 374 milyon 655 min dollar gəlir əldə edən türk xalça istehsalçıları əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixracatını 7,6 faiz artırıb.
Sektor ən çox gəliri 1 milyard 85 milyon 417 min dollarla maşın istehsalı xalçalardan əldə edib.
Dəzgah xalçalarını 245 milyon 149 min dollarla tufted xalçalar (xüsusi dizayn), 39 milyon 735 min dollarla əl işi xalçalar və 4 milyon 355 min dollarla kilimlər izləyib.
Əl istehsalı xalçaların ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,1 faiz, tufted xalçaların ixracı isə 14,1 faiz artıb.
Hafiz Rufizoğlu