Bakı, AzerVoice
Türkiyənin başda İstanbul olmaqla, dörd ayrı bölgəsində sələmçiliklə məşğul olan təşkilata qarşı həyata keçirilən “KUYU-11” əməliyyatlarında 61 nəfər saxlanılıb.
AzerVoice bildirir ki, bu barədə Türkiyənin Daxili Işlər Naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.
Açıqlamada Yerlikaya, Tuncer Aslanın rəhbərlik etdiyi sələmçiliklə məşğul olan təşkilata qarşı həyata keçirilən “KUYU-11” əməliyyatı zamanı 61 nəfərin tutulduğunu bildirib.
Aparılan araşdırmalar nəticəsində cinayət dəstəsinin insanlara yüksək faiz müqabilində borc pul verdiyi, borclara girov olaraq müxtəlif məbləğlərdə çek, sənəd , daşınmaz əmlak aldıqları, borcluların ailələrini isə təhdid etdiyi məlum olub.
Əməliyyatlar zamanı altısı sənədsiz olmaqla 10 ədəd silah, çoxlu pul və çek də ələ keçirilib