Bakı, AzerVoice
Türkiyə üzrə iyun ayında xarici vətəndaşlara satılan evlərin sayına görə Antalya birinci yerdə qərarlaşıb.
AzerVoice xəbər verir ki, yun ayında mənzil satışları əvvəlki ilin eyni dövrünə görə 5,2 faiz azalaraq 79 min 313 ədəd olub. Ev satışının ən çox müşahidə edildiyi bölgələr İstanbul, Ankara və İzmir olduğu halda, ən az ev satılan şəhərlər sırasında müvafiq olaraq Ardahan, Hakkari, Tunceli və Bayburt yer alıb.
Mənzil satışları yanvar-iyun ayları arasında əvvəlki ilin eyni dövrünə görə 3,7 faiz azalaraq 545 min 74-ə çatıb.
Antalyada isə 2024-cü ilin iyun ayında cəmi 4 min 340 ev satılıb, bunun 2 min 638-i ikinci əl satış olub. İkinci əl satılan evlər siyahısında müvafiq olaraq Isparta və Burdur gəlir.
Bildirilib ki, əcnəbi vətəndaşlara mənzil satışı iyun ayında əvvəlki ilin eyni ayına görə 45,1 faiz azalaraq 1440-a çatıb. Satışların ən çox olduğu şəhərlər arasında Antalya, İstanbul və Mersin yer alıb.
Xarici vətəndaşlara mənzil satışı yanvar-iyun ayları dövründə bir əvvəlki ilin eyni dövrünə görə 45,7 faiz azalaraq 10 min 461-ə çatıb.
Qeyd edək ki, ən çox mənzil satışı Rusiya, İran və Ukrayna vətəndaşlarına edilib.