Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayı keçirilir

    17 İyul 2024 10:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci Qurultayı keçirilir.

    AzerVoice xəbər verir ki, Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur.

    Niderland koloniyaları olan Bonayre və Sən-Martin adalarından 3 təşkilat Qurultayın işində fəxri qonaq qismində iştirak edir.

    İki gün davam edəcək Qurultay iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa kolonializminə qalib gəlmək yolunda nəticə yönümlü fəaliyyətin əlaqələndirilməsinin yollarını müzakirə etmək imkanı yaradacaqdır. Həmçinin, koloniyaların təmsilçiləri öz müqəddəratını təyin etmək mübarizəsində ən effektiv təcrübə və strategiyalar barədə müzakirələr aparacaqlar.

    Qurultay koloniyalarda Fransa hökuməti tərəfindən bu ərazilərin sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə töhfə verəcəkdir.

    Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

    Bakı Təşəbbüs Qrupu tərəfindən artıq 15-yə yaxın beynəlxalq konfrans təşkil edilib.

    Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayı keçirilir
    #Fransa #Müstəqillik Hərəkatlarının Qurultayı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

    7 Dekabr 2025 11:00

    Makron Zelenski ilə telefon danışığı aparıb

    7 Dekabr 2025 10:00

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Ərdoğan və Makron Ukrayna, Qafqaz və Yaxın Şərqdə sülh yolunu müzakirə ediblər

    3 Dekabr 2025 11:52

    İran və Yaponiya xarici işlər nazirləri regional və ikitərəfli əlaqələri müzakirə edib

    1 Dekabr 2025 16:49

    Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

    30 Noyabr 2025 19:12

    Türkiyədən Fransaya hazır geyim ixracı 747 milyon dolları keçib (ÖZƏL)

    30 Noyabr 2025 09:00

    Makron silahlanmağa çağırır: Fransa Avropanın yeni hərbi təcrübəsinə start verir

    29 Noyabr 2025 09:52

    Fransadan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    27 Noyabr 2025 15:28

    Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

    26 Noyabr 2025 14:45

    Fransa: LGBT-yə “bəli”, hicaba “xeyr” — Parlamentdən 17 maddəlik “islamçılıqla mübarizə” paketi

    26 Noyabr 2025 09:00
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

    Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

    Makron Zelenski ilə telefon danışığı aparıb

    Türkiyədən Özbəkistana hazır geyim ixracı 28 milyon dolları keçib (ÖZƏL)

    Noyabr ayında Türkiyədə 55 mindən çox qəza baş verib (ÖZƏL)

    Türkiyədən Azərbaycana avtomobil ixracı 82 milyon dolları keçib (ÖZƏL)

    HƏMAS silahlarını təhvil verməyə hazır olduğunu bəyan edir

    Əbu Şəbabın varisi HƏMAS-a qarşı mübarizə aparacağını deyib

    Çin Qəzza üçün 100 milyon dollarlıq yardım ayıracaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.