Bakı, AzerVoice
ABŞ-da Türkiyənin 15 iyul Demokratiya və Milli Birlik Gününü tanıyan şəhərlərin sayı 7-yə yüksəlib.
AzerVoice xəbər verir ki, bu barədə Türk Amerika Rəhbər Komitəsi (TASC) açıqlama verib.
Bu il ABŞ-ın Texas, Aydaho, Ohayo və Corciya ştatlarının bəzi şəhərlərindən sonra Pensilvaniya ştatının Pittsburq şəhəri də 15 iyul Demokratiya və Milli Birlik Gününü rəsmən tanıdığını açıqlayıb.
TASC sədri vəkil Seyit Şahin, Pittsburqdan “tanıma bəyannaməsi” aldıqlarını ifadə edərək, bu şəhərin FETÖ liderinin yaşadığı əyalətdə olması ilə xüsusi əhəmiyyət kəsb etdiyinə diqqət çəkib.
“Bu son tanınma ilə bu il 15 İyul Demokratiya və Milli Birlik Gününü tanıyan şəhərlərin sayı 5-ə, ümumi say isə 7-yə yüksəlib” – deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ-ın paytaxtı Vaşinqton Bələdiyyəsi və Merilend ştatının Baltimor Bələdiyyəsi 14 iyul 2023-cü ildə yeni bir təməl ataraq 15 iyul Demokratiya və Milli Birlik Gününü rəsmi olaraq tanıyıb.
Bu il isə Texasın paytaxtı Austin, Aydaho ştatının paytaxtı Boise, Ohayo ştatının Dayton və Corciya ştatının Kolumbus 15 İyul Demokratiya və Milli Birlik Gününü tanıdıqlarını açıqlayıb.
Hafiz Rufizoğlu