Bakı, AzerVoice
Bu ilin iyun ayında Türkiyə limanları 5 min 543 gəmi qəbul edib.
Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 517, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 26 olub.
2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 29 min 315 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 19 min 790, Türkiyə bayrağı altında olan gəmilər isə 5 min 525 olub”, – deyə nazirlikdən bildirilib.