Bakı, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda baş tutacaq NATO-nun 75-ci ildönümü proqramı çərçivəsində keçirilən Liderlər Zirvə toplantısında iştirak etmək üçün bu gün ABŞ-a səfər edəcək.
AzerVoice xəbər verir ki, 32 üzv dövlət başçılarının qatılacağı bu toplantı ilə yanaşı həmçinin ABŞ prezidenti Co Baydenin Ağ Evdə verəcəyi şam yeməyində də iştirakı nəzərdə tutulan Ərdoğanın səfər gündəliyində üç əsas məsələ yer almaqdadır.
Güngəlikdəki məsələlər arasında, İsrailin Qəzzaya hücumları ən əhəmiyyətli məsələni təşkil edir. Belə ki, Ərdoğan üzv ölkələrdən qətliamın dayandırılmasında və davamlı sülhün təmin edilməsində daha çox rol almalarını istəyəcək. Həmçinin, uzun müddətdir davam edən atəşkəs arayışları da gündəmdə olacaq.
“Hazırda atəşkəs an məsələsidir. Oradan (atəşkəs danışıqlarının getdiyi Dohadan) hər an dəqiq xəbər gələ bilər”-deyə Ərdoğan bildirib.
Müzakirə ediləcək mövzular arasında yaxın Şərqdə baş verənlər, Rusiya-Ukrayna müharibəsi və Qara dənizin təhlükəsizliyi kimi məsələlər də yer alır.
Qeyd edək ki, Ərdoğanın səfəri iyulun 11-də yəkunlaşacaq.