Bakı,VOA
Türk Dünyası Qəzzada baş verən insan faciəsinə səssiz qala bilməz.
VOA xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısında çıxışı zamanı deyib.
"İsrailin 7 oktyabrdan bəri fələstinli qardaşlarımıza qarşı hücumları beynəlxalq hüququ hər baxımdan pozur",- deyə Fidan bildirib.
"Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) Cənubi Afrika tərəfindən İsrailə qarşı qaldırılmış Soyqırımı Davası ilə bağlı verəcəyi qərarla İsrail-Fələstin probleminin gecikmiş həllinə hüquqi töhvə verə bilmə imkanına yaranır. ICJ-nin İsrailin işğal etdiyi Fələstin ərazilərindəki qeyri-qanuni fəaliyyətləri ilə bağlı verəcəyi rəy də Fələstin məsələsinə əhəmiyyətli hüquqi töhfə vermiş olacaqdır."- deyə nazir bildirib.