Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Prezident İlham Əliyev: Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir

    1 İyul 2024 17:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, VOA

    Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir.

    VOA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu zamanı deyib.

    Qlobal səviyyədə diplomatik fəaliyyətimizi şaxələndirdiyimizi deyən dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin olduğunu qeyd etdi və vurğuladı ki, bu sənədlərin çoxu torpaqlarımızın işğalı zamanı Azərbaycan ilə Ermənistan arasında heç bir sülh müqaviləsi olmadığı bir dövrdə imzalanıb. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün bir amil ola bilməz.

    Dövlətimizin başçısı bir məqamı da vurğuladı ki, Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar. Heç kim onlara zərrə qədər də irad tutmurdu. Münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyunə sadiqlik bəyan etmirdilər. Prezident İlham Əliyev vurğuladı ki, indi - biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi. Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır. Lakin bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası "Dağlıq Qarabağ" məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Prezident İlham Əliyev vurğuladı ki, çünki bu, bizim daxili məsələmizdir. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Dövlətimizin başçısı bildirdi ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir.

    Azərbaycan Prezidenti qeyd etdi ki, bununla yanaşı, hesab edir ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik. Dövlətimizin başçısı dedi: "Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin". Prezident İlham Əliyev qeyd etdi ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev: Əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur

    12 Noyabr 2025 15:13

    Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib

    12 Noyabr 2025 15:08

    Prezident İlham Əliyev Kürdəmir Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib

    12 Noyabr 2025 13:56

    Prezident İlham Əliyev Çinin “China Datang Corporation Ltd.” şirkətinin nümayəndə heyətini qəbul edib

    12 Noyabr 2025 13:52

    Göygölə yeni icra başçısı təyin edilib

    12 Noyabr 2025 13:51

    Prezident İlham Əliyev Naftalan Şəhər İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

    12 Noyabr 2025 13:50

    Orxan Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

    12 Noyabr 2025 13:49

    Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

    12 Noyabr 2025 13:48

    Prezident İlham Əliyev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

    12 Noyabr 2025 13:47

    Natiq Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

    12 Noyabr 2025 13:46

    Prezident İlham Əliyev Göyçay Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

    12 Noyabr 2025 13:45

    Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

    12 Noyabr 2025 13:21
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan-Gürcüstan sərhədində təyyarə qəzası ilə bağlı axtarış-xilas işləri davam edir - Duran

    Azərbaycan-Banqladeş ikitərəfli əməkdaşlığı müzakirə edib

    “China Datang Corporation Ltd.” şirkətinin sədri ilə görüş keçirilib

    Tayland sülh müqaviləsini dayandırdıqdan sonra Kambocaya atəş açıb

    Mədəniyyət Nazirinin keçmiş müşavirinə AQC-də yeni vəzifə verildi

    Türkiyədən Fransaya kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    İran, Çin və Rusiya MAQATE ilə nüvə məsələlərini müzakirə edib

    Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq planı imzalanıb

    Təyyarəmizin qara qutusu tapılıb, araşdırmalar başladılıb - Ərdoğan

    Şeybani Londona gedərək ikitərəfli məsələləri müzakirə edəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.