Bakı, AzerVoice
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a gedəcək.qiymətli metallar sazişini imzalamaq üçün bu həftə və ya gələn həftə Ağ Evə gedəcək.
Azervoice xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın verdiyi aşıqlamada deyilir.
Açıqlamada qeyd olunub ki, Zelenski qiymətli metallar sazişini imzalamaq üçün bu həftə və ya gələn həftə Ağ Evə gedəcək.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Trampla görüşü zamanı Zelenski ABŞ-ın Ukraynanın nadir torpaqlarına və kritik minerallarına birbaşa sərmayə qoyması ideyasını irəli sürüb. O, bunu ABŞ-ın Ukraynaya hərbi yardımı davam etdirməsini təmin etmək üçün atılan addım kimi qiymətləndirib. Lakin Trampın tələb etdiyi şərtlər müharibədə məğlub olan ölkələrə tətbiq edilən təzminatlardan daha sərt idi.
Tramp Fox News-a verdiyi müsahibədə, Ukraynanın 500 milyard
dollar ödəməyə razı olduğunu iddia edib,
"Onların çox qiymətli torpaqları var. Ukrayna nadir torpaqlar,
neft, təbii qaz və digər ehtiyatlar üçün inanılmaz bir yerdir", -
deyə o bildirib.