Bakı, AzerVoice
2024-cü ilin yanvar-sentyabr aylarında ABŞ-dən Türk limanlarına 13 milyon 458 min 556 ton yük daşınıb.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər ABŞ-dən Türkiyə limanlarına 675 min 82 ton yük daşıyıb.
“Bu ilin yanvar- sentyabr aylarında ABŞ-dən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 12 milyon 783 min 474 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində ABŞ-dən Türkiyəyə ABŞ bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb.
2024-cü ilin yanvar- sentyabr aylarında ABŞ-dən Türkiyə limanlarına 341 min 230 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Türkiyə limanları 30
milyon 878 min 569 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili
limanlara yük qəbulu 2 milyon 710 min 506 ton təşkil
edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə
yük daşınması 28 milyon 168 min 63 ton olub”, – deyə nazirlikdən
bildirilib.
Bununla yanaşı, 2024-cü ilin sentyabr ayında Türkiyə limanlarından
5 milyon 293 min 766 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- sentyabr
aylarında Türkiyə limanları 298 milyon 687 min 329 ton yük qəbul
edib.
“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 22 milyon 618 min 850
ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə
Türkiyə limanlarına yükdaşımalar 276 milyon 68 min 479 ton təşkil
edib”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında
Türkiyə limanlarından 51 milyon 825 min 408 ton transit yük
daşınıb.
Qeyd edək ki, sentyabr ayında Türkiyə limanları 5 min 466 gəmi
qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 174, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 292
olub.
2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 46 min 314
gəmi qəbul edib.