Bakı,AzerVoice
Mümkün olası bir müharibədə Fransa və ABŞ-dan gəlməli olan yardımı unudun.AzerVoicə xəbər verir ki, bunu Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyənin son aylardakı xarici siyasətini şərh edərkən deyib.
O qeyd edib ki, Türkiyə Yunanıstana qarşı sərt siyasətini bir az yumuşaldıb, lakin Ankaranın bölgədəki planları dəyişməyib.
Türkiyənin yerli müdafiə sənayesi irəliləməsini Yunanıstan mediası yaxından izləyir
"Çox narahatam, təxminən 100 milyon əhalisi olan bir ölkə yanımızda bizə qarşı “planlar” qurur. Mən milli suverenliyimizi qorumaq üçün çalışıram Türklər ikinci döyüş gəmisini tikirlər. Onu niyə tikirlər? Sadəcə Boğazda parad keçirmək, yoxsa Liviya ilə imzalanan müqavilədən sonra Şərqi Aralıq dənizində tam üstünlük yaratmaq?” –deyə o bildirib.