Bakı. AzerVoice:
İsrail ordusu Xan Yunisdəki Nasser xəstəxanasını mühasirəyə alıb.
AzerVoice-nin məlumatına görə, İsrail xəstəxananın tez bir zamanda boşaldılmasını tələb edib.
Qeyd edilib ki, İsrail qüvvələri köçkün fələstinliləri hədəf alıb.
Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada Nasser Xəstəxanasında vəziyyətin getdikcə pisləşdiyi bildirilib.
Məlumat üçün qeyd edək ki, İsrail qüvvələri xəstəxananın ətrafında sivilləri hədəf alıb və xəstəxananın anbarını bombalayıb.
Qəzza Səhiyyə Nazirliyi, 300 tibb işçisinin, Nasser xəstəxanasındakı 450 xəstə və yaralının, 10 min fələstinlinin yerindən qovulmasından narahat olduqlarını bildirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.
Hafiz Rufizoğlu