Bakı. AzerVoice:
Mərkəzi Seçki Komissiyasında (MSK) brifinq keçirilir.
AzerVoice-nin məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin yekun nəticələrini açıqlayacaq.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.
Prezidentliyə 7 namizəd mübarizə aparıb.
Müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər ölkənin bütün ərazisini, o cümlədən işğaldan azad edilmiş torpaqları əhatə edib.



