Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Seçkilərdə namizədlər Prezident İlham Əliyevi qazandığı parlaq qələbə münasibətilə təbrik ediblər

    8 Fevral 2024 16:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Fevralın 8-də Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olmuş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin namizədlikləri öz təşəbbüsləri ilə irəli sürülmüş Zahid Oruc və Fuad Əliyev seçkilərdə Azərbaycan xalqının böyük etimadını qazanaraq qalib gəlmiş Prezident İlham Əliyevə zəng ediblər.

    AzerVoice xəbər verir ki, namizədlərin hər biri demokratik, şəffaf və ədalətli şəkildə keçirilmiş seçkilərdə yenidən parlaq qələbə qazanması münasibətilə Azərbaycan Respublikasının Prezidentini səmimiyyətlə təbrik edib, səsvermənin nəticələrinin Azərbaycan xalqının dövlət başçısına olan inam və etimadının ifadəsi, ölkəmizin sosial-iqtisadi inkişafı və xalqımızın rifahı yolunda həyata keçirdiyi qətiyyətli siyasətə verilən yüksək qiymətin və dəstəyin əyani təzahürü olduğunu bildiriblər.

    Namizədlər budəfəki seçkilərin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmizin bütün ərazisində keçirilməsinin mühüm tarixi hadisə olduğunu qeyd ediblər. Bunun əyani göstəricisi olaraq Prezidentin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində yerləşən seçki məntəqəsində səs verməsinin böyük siyasi və rəmzi məna daşıdığını vurğulayıblar.

    Namizədlər Prezident İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycanın firavanlığı, yüksəlişi və qlobal aləmdə nüfuzunun daha da güclənməsi yolunda qarşıya qoyduğu bütün hədəflərə çatmağı arzulayaraq, xalqımızın əmin-amanlığı, rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər diləyiblər.

    Azərbaycan Respublikasının Prezidenti təbriklərə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı Prezident seçkilərində iştirak edən namizədlər arasında konstruktiv dialoqa əsaslanan siyasi mədəniyyətin nümayiş etdirilməsini müsbət qiymətləndirərək seçkiqabağı təşviqat prosesi zamanı namizədlər tərəfindən səsləndirilmiş bir sıra təkliflərin nəzərə alınacağını qeyd edib.

    Prezident İlham Əliyev seçkilərdə iştirak etmiş namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

    Seçkilərdə namizədlər Prezident İlham Əliyevi qazandığı parlaq qələbə münasibətilə təbrik ediblər
    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Davosda İsrail Dövlətinin Prezidenti ilə görüşüb

    21 Yanvar 2026 13:44

    Prezident İlham Əliyev: Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq

    21 Yanvar 2026 13:29

    ABŞ Prezidenti Azərbaycan Respublikasını Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulmağa dəvət edib

    21 Yanvar 2026 13:25

    Prezident İlham Əliyev ABŞ Prezidentinə məktub ünvanlayıb

    21 Yanvar 2026 13:11

    Donald Tramp Prezident İlham Əliyevə dəvət məktubu ünvanlayıb

    21 Yanvar 2026 13:08

    Prezident İlham Əliyev Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb

    21 Yanvar 2026 12:17

    Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb

    21 Yanvar 2026 12:14

    Prezident İlham Əliyev Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti ilə görüşüb

    21 Yanvar 2026 12:11

    Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib

    21 Yanvar 2026 10:49

    Prezident İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib

    21 Yanvar 2026 10:44

    Prezident İlham Əliyev: Biz siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq

    21 Yanvar 2026 10:39

    Prezident İlham Əliyev: Biz üç ildən artıq bir dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq

    21 Yanvar 2026 10:38
    Demo
    XƏBƏR LENTİ

    Qarlı və şaxtalı hava ilə əlaqədar sərnişindaşıma gücləndirilmiş rejimdə həyata keçirilir

    Netanyahu ABŞ-ın Sülh Şurasına qoşulmağa razılıq verdi

    Prezident İlham Əliyev Davosda İsrail Dövlətinin Prezidenti ilə görüşüb

    Fələstin məsələsi Yaxın Şərq üçün əsas prioritet olaraq qalır - Sisi

    Prezident İlham Əliyev: Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq

    ABŞ Prezidenti Azərbaycan Respublikasını Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulmağa dəvət edib

    Keçən il Qazaxıstanlıların Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    Prezident İlham Əliyev ABŞ Prezidentinə məktub ünvanlayıb

    Donald Tramp Prezident İlham Əliyevə dəvət məktubu ünvanlayıb

    Aeroport şosesində buzlanma səbəbindən nəqliyyatın hərəkəti çətinləşib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.