Bakı. AzerVoice:
Türkiyə və Laos Xarici İşlər Nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
AzerVoice-nin məlumatına görə, bu barədə Türkiyə XİN paylaşım edib.
Hakan Fidan Laos Baş nazirinin müavini və xarici işlər naziri Saleumxay Kommasith ilə görüşüb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüş zamanı “Xarici İşlər Nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Nazirlikdən dünən verilən açıqlamada Fidan və Kommasitin ikitərəfli münasibətləri müzakirə edəcəyi, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsi aparacağı bildirilib.
Bəyanatda o da qeyd olunub ki, Laos Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Dövr prezidenti olduğu üçün Türkiyə ilə ASEAN arasında əməkdaşlıq məsələlərinə diqqət yetirilməsi nəzərdə tutulur.
Hafiz Rufizoğlu