FOTO-
Bir kişi Bəlucistan əyalətinin Bolan rayonunda saatlarla davam edən döyüş zamanı silahlılar tərəfindən yandırılan yük maşınının yanından keçir
Bakı,AzerVoice
Pakistanın cənub-qərbində Bəlucistanda yaraqlılar ilə saatlarla davam edən atışmada 15 Pakistan hərbçisi və iki mülki şəxs həlak olub. AzerVoice-nin məlumatına görə, Pakistan ordusu öz rəsmi internet səhifəsində toqquşmalarda ən azı 11 terrorçunun, o məhv edildiyini bildirib.
Məlumatda o da qeyd olunur ki , hücuma görə məsuliyyəti silahlı separatçı qrup olan Bəlucistan Azadlıq Ordusu (BLA) öz üzərinə götürüb.
İslamabad onilliklərdir ki, Pakistanın təbii sərvətlərlə zəngin ən böyük, lakin ən kasıb əyaləti olan Bəlucistanda etnik separatçı qruplaşmalarla mübarizə aparır.
Yerli sakinlər deyirlər ki, onlar neft və qaz ehtiyatlarından layiqli sərvət payını ala bilmirlər, region Pakistanın insan inkişafı göstəricilərində ardıcıl olaraq ən aşağı yerdədir.