Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Alper Gezeravcının kosmosdan dönüş tarixi açıqlanıb

    31 Yanvar 2024 09:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Türkiyənin ilk astronavtı Alper Gezeravcının 2 fevral tarixində kosmosdan dönəcəyi gözlənilir.

    AzerVoice-un məlumatına görə, Gezeravcı Axiom Space mərkəzinə bağlanaraq kosmosdakı işlərini şərh edib.

    O bildirib ki, Beynəlxalq Kosmik Stansiyada elmi təcrübələrini davam etdirir.

    "13 fərqli fənni və tədqiqat sahəsini bir araya gətirdik. Bir neçəsini ümumiləşdirmək üçün biz, kosmik uçuşlar üçün alternativ həyat dəstəyi sistemi üzərində işləyirik. Bu çərçivədə mikroyosunlardan faydalanmaq üçün bir test sistemi qurduq. Həmçinin biz insan anatomiyası üzrə də tədqiqatlar aparırıq. Mikroqravitasiya mühitinin insan orqanizminə müsbət və ya mənfi təsirlərini sınaqdan keçiririk. Təcrübələrə çox həvəs göstəririk",- deyə astronavt əlavə edib.

    Gezeravcı qeyd edib ki, bu, bizim üçün çox mühüm addımdır. Çünki onun təməli Cümhuriyyətimizin 100 illiyində qoyulub.

    Qeyd edək ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

    Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

    İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

    Aytac Süleymanova

    Twitter: a_alieva_

    #Alper Gezeravcı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ayın səthinə raket göndərməyi planlaşdırırıq - Gezeravcı

    6 Sentyabr 2024 07:45

    Ərdoğan Ax-3 ekipajını qəbul edib

    4 İyun 2024 17:19

    Astronavt Alper Gezeravcı avtomobil qəzası keçirib

    31 May 2024 16:03

    Türkiyə kosmosa müstəqil çıxışı olan ölkə olacaq - Kacır

    24 May 2024 16:39

    Alper Gezeravcı Azərbaycana gələcək - Azərkosmos

    24 Aprel 2024 20:02

    Türkiyə kosmos ekosisteminin bir parçası olacaq - Gezeravcı

    23 Fevral 2024 14:06

    Gezeravcı kosmosdan çəkdiyi İstanbul şəklini paylaşıb

    17 Fevral 2024 00:54

    Gezeravcı TUA İdarə Heyətinin üzvü təyin edilib

    13 Fevral 2024 09:09

    Türkiyənin ilk insanlı kosmik elm missiyası tamamlandı – Kacır

    9 Fevral 2024 18:42

    İlk türk astronavtı Alper Gezeravcının kapsulası yerə eniş edib

    9 Fevral 2024 17:59

    Alper Gezeravcı tarixdə yeni bir səhifə açıb - Kacır

    7 Fevral 2024 20:09

    Gezeravcının kosmosdan qayıdışı yenidən təxirə salınıb

    6 Fevral 2024 09:32
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakının görüntüləri paylaşılıb

    İsrail müharibə xərclərini qarşılamaq üçün böyük silah şirkətlərindəki paylarını satmağı planlaşdırır

    Prezident Ərdoğan İran prezidenti ilə regional məsələləri müzakirə edib

    Tramp Davosda “Sülh Şurası”nın yaradıldığını elan etdi

    SEPAH ABŞ və İsraili “səhv hesablamalardan” çəkinməyə çağırdı

    Tərtərdə DOST filialı fəaliyyətə başladı

    Keçən il Türkiyədən Özbəkistana hazır geyim ixracı 30 milyon dolları keçib (ÖZƏL)

    MEDİA Azərbaycan Prezidenti adından “deepfake” texnologiyası ilə hazırlanmış saxta məlumatla bağlı açıqlama yayıb

    Aİ İranda etirazlara qarşı zorakılığı pisləyən qətnaməni qəbul etdi

    II Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.