İraq sərhəd mühafizə qüvvələri İraq və Suriya arasında yeni tikilən sərhəd divarında keşik çəkir. Foto: Aletihad News
Bakı,AzerVoice
Qaçaqmalçılığı dayandırmaq və İŞİD-ə qarşı mübarizə aparmaq məqsədilə İraq Suriya ilə sərhəddə divar tikilir.AzerVoice məlumat verir ki, bu haqda İraq Daxili İ.lər Naziri, Əbdül Əmir Əl-Şəmmari deyib.
Məlumata əsasən , yaxın günlərdə tikinti işlərinin başlanması gözlənilir. İraq Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, divarın tikintisi Daxili İşlər Nazirliyinin sərhəd təhlükəsizliyini artırmaq üçün həyata keçirdiyi bir sıra iri təhlükəsizlik istehkamlarının bir hissəsidir.Hədəf İraq-Suriya sərhədinin təhlükəsizliyinə nəzarət, qaçaqmalçılıq əməliyyatlarının qarşısının alınması və İŞİD terrorçuları ilə mübarizədir.
Məlumat ümün bildirək ki , İraq 2017-ci ilin sonunda bütün ərazilərinin İŞİD-in əsirliyindən azad edildiyini elan edib, lakin hakimiyyət ölkə ərazisində vaxtaşırı hücumlar həyata keçirən terror qruplaşmasının qalıqlarına qarşı daim təhlükəsizlik əməliyyatları keçirir.