Bakı,AzerVoice
Bazar günü Pakistan polisi həbsdə olan keçmiş baş nazir İmran Xanın ən azı 20 tərəfdarını həbs edib.AzerVoice-nin məlumatına görə, buna səbəb gələn ay pılanlaşdırılan seçkiqabağı aksiyaların hazırlanması olub.
Sabiq baş nazirin rəhəbrlik etdiyi “Təhrik-i-İnsaf”( İnsaf hərəkatı) rəsmiləri hakimiyyətin qadağalarına baxmayaraq aksiyaları davam etdirəcəklərini bildiriblər.
Partiyadan verilən yazılı açıqlamada İmran Xanın azad edilməsi üçün Kəraçi və bir sıra böüyk şəhərlərdə etiraz aksiyalarının keçiriləcəyi bildirilib.
Qeyd edək ki, İmran Xana qarşı təhqiqat onun 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını elan etməsindən sonra başlayib. Sabiq Baş nazirin sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətində 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Rusiya yönümlü mövqeyinə görə hökumət başçısının hakimiyyətdən uzaqlaşdırılmasını tövsiyə edib.
İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan kənarlaşdırılıb. Bu vəzifədə İmran Xanı əvəzləyən Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Birləşmiş Ştatların ölkədə hakimiyyət dəyişikliyinə heç bir təsir göstərmədiyini deyib.