Bakı. AzerVoice:
31 Mart bələdiyyəçiliyin simvolu olacaq.
AzerVoice-nin məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Eskişehirdə AK Partiya ilçe adayı tanıtım toplantısında çıxış edərkən deyib.
"Dünyada və bölgəmizdə kritik inkişaflar yaşanır. Əsər və xidmət siyasətimizlə ölkəmizi böyütməyə, dövlətimizi gücləndirməyə, millətimizi qürurlandırmağa davam edəcəyik." - deyə Ərdoğan bildirib.
O qeyd edib ki, bu gün biz Türkiyə Yüzili üçün çalışırıq.
Hafiz Rufizoğlu