Bakı,AzerVoice
Naməlum silahlı şəxslər İranın cənub-şərqində Pakistan sərhədi yaxınlığında doqquz xarici vətəndaşı öldürüblər. AzerVoice-İranın MEHR agentliyinə istinadən bildirir ki, insidentə görə, heç bir qrup məsuliyyəti üzərinə götürməyib.
Baş verən hadisədən sonra, Bəluç hüquqlarını müdafiə edən Haalvash təşkilatı öz saytında bildirib ki, öldürülənlər avtomobil təmiri sexində işləyən pakistanlı fəhlələr olub.
Hadisə ilə bağlı Pakistan tərəfi hələ ki heç bir rəsmi açıqlama verməyib.