Bakı,AzerVoice
İtaliya İŞİD-in məhv etdiyi Nəmrud Buğası heykəlinin surətini İraqa verib.AzerVoice xəbərt verir ki, eramızdan əvvəl IX əsrdə tikilmiş beş metr hündürlüyündə olan Nəmrud Buğası 2015-ci ildə İŞİD terrorçuları tərəfindən sökülsə də, italyan ustaları abidəni yenidən yaratmaq üçün 3D çap texnologiyasından istifadə edə edərək, onu nüsxəsini yarada biliblər.
Qeyd edək ki, 2015-ci ildə İŞİD terror qruplaşması qiymətsiz artefaktları məhv etmək üçün partlayıcı maddələr və buldozerlərdən istifadə edərək bir neçə arxeoloji ərazini ələ keçirib.
Zədələnmiş tikililər arasında Assuriya sivilizasiyasının emblemi olan Nəmrud Buğası da var idi.