Bakı,AzerVoice
Misirin Gizadakı Menkaure piramidasında aparılan təmir-restavrasiya işlərini əks etdirən video sosial mediada tənqidlərə səbəb olub.
AzerVoice-nin məlumatına görə, ehramda restavrasiya işlərini əks etdirən video, keçən cümə günü Facebook-da yayımlanıb və ölkə əhalisinin çox ciddi etirazına səbəb olub.
Facebook istifadəçilərinin bir çoxu bunu absurd adlandırıb. Misirin Antik Əsərlər üzrə Ali Şurasının rəhbəri Mustafa Vəziri isə bunun əksinə olaraq bunu “əsrin layihəsi” adlandırıb.
Layihəyə cavabdeh olan Misir-Yapon missiyasına rəhbərlik edən Vəziri bildirib ki, iş üç il davam edəcək və “Misirin 21-ci əsrdə dünyaya hədiyyəsi olacaq”.
Məlumat üçün bidirək ki , ümumi daxili məhsulunun 10 faizini turizmdən əldə edən Misirdə milli mirasın mirasın qorunması məsələsi tez-tez qızğın müzakirə mövzusu olur.
Bundan əvvəl , müzakirələr son vaxtlar Misirin ikinci ən böyük sahil şəhəri olan İsgəndəriyyədə on beşinci əsrə aid Əbu əl-Abbas əl-Mursi məscidinə yönəlik olmuşdu.