Bakı,AzerVoice
Mahmud Abbasın Rusiya səfərindən sonra Türkiyəyə gəlməsi və Türkiyə Böyük Millət Məclisində çıxış etməsi planlaşdırılır.
AzerVoice xəbər verir ki, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə Qəzza müharibəsini müzakirə etmək üçün Moskvaya səfər edəcək, Fələstin rəsmisi bildirib.
Rusiyanın dövlət xəbər agentliyi TASS-ın Fələstinin Moskvadakı səfirinə əsaslanan xəbərinə görə, Abbas bazar ertəsi (bu gün) Moskvaya gələcək və çərşənbə axşamı Putinlə görüşəcək.
Abbas HƏMAS-ın rəqibi olan Fələstinin Fəth hərəkatına rəhbərlik edir.
Səfir Abdulhafız Nəvfel bildirib ki, iki lider oktyabrın 7-də İsrailə hücumlardan sonra Qəzzada baş verənləri müzakirə edəcəklər. O, “Rusiyanın rolu və edilə biləcəkləri barədə danışacaqlar”,- deyə qeyd edib.
Nevfel sözlərinə belə davam edərək, "Çox çətin bir vəziyyətlə qarşı-qarşıyayıq və Rusiya bizə yaxın bir ölkədir. Bir-birimizlə məsləhətləşməliyik",-deyə əlavə edib.
Mahmud Abbasın Rusiya səfərindən sonra Türkiyəyə getməsi planlaşdırılır. Abbas avqustun 15-də Türkiyə Böyük Millət Məclisində çıxış edəcək.
Qeyd edək ki, Moskva illərdir ki, İsrail və Fələstinlilər də daxil olmaqla, Yaxın Şərqdəki bütün əsas oyunçularla münasibətlərini balanslaşdırmağa çalışır.
Amma İsrail-Həmas müharibəsindən və Rusiyanın Ukraynaya hücumundan sonra Putin HƏMAS və İrana daha da yaxınlaşıb.
Kreml 7 oktyabrdan sonra İsrailin Qəzzaya ən azı 40 min insanın ölümünə səbəb olan hücumlarını dəfələrlə tənqid edib və təmkinli olmağa çağırıb.