Bakı. VOA:
Qəzzada 40-dan çox uşaq aclıqdan ölüb.
VOA xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü İzzat El-Rişk açıqlama verib.
O, Qəzzada 3 min 500 uşağın düzgün qidalanmaması, qida əlavələri və peyvəndlərin olmaması səbəbindən ölüm riski ilə üzləşdiyini bildirib.
“Dünya müsəlmanları Qurban bayramını qeyd edərkən, Qəzza zolağındakı fələstinlilər aclıq və susuzluqla üzləşərək əsl faciə yaşayırlar. İsrailin fələstinlilərə qarşı qırğınları davam edir” – deyə El-Rişk qeyd edib.
Qəzza sakinlərinin 9 aydır İsrail bombardmanlarına məruz qaldığını və evlərinin dağıdıldığını bildirən Rişk, qəzzalıların 17 ildən artıqdır ki, davamlı mühasirədə yaşadıqlarını xatırladıb.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 3 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Hafiz Rufizoğlu