Bakı, AzerVoice
"İstərdim ki, İordaniya və Misir başda olmaqla, ərəb ölkələri daha çox Fələstinli qaçqın qəbul etsinlər"
AzerVoice xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trump deyib.
ABŞ Prezidentin bu qalmaqallı açıqlamasına bir-birinin ardınca reaksiyalar gəlib.
Fələstin sədrliyi, Qəzzadaki fələstinlilərin miqrasiya edilməsi ilə əlaqədar layihələri ləğv etdiyini bildirib.
Qəzza rəsmiləri də ABŞ prezidenti Donald Trampın təklifini pisləyib.
"Fələstin xalqı öz torpaqlarından və müqəddəs əşyalarından əl çəkməyəcək”,- deyə Fələstin rəsmiləri bildirib.
Trampın bu təklifi İsrailin Fələstin xalqını köçürmək üçün göstərdiyi səylərlə üst-üstə düşür.
Qeyd edək ki, Deportasiya çağırışının ünvanlandığı İordaniya və Misir də Trampa reaksiya verib. İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi fələstinliləri deportasiya etmək cəhdini rədd etdiklərini açıqlayıb.