Bakı,
AzerVoice
Qəzzada İsrail hücumları nəticəsində həyatını itirən jurnalistlərin
sayı 196-ya yüksəlib.
AzerVoice xəbər verir ki, Qəzza
hökumətinin Media Ofisinin açıqlamasına əsasən, Əl-Cəzirə
telekanalının operatoru Əhməd Əl-Lavh, İsrailin Qəzza zolağının
mərkəzində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsinə təşkil etdiyi
hücum zamanı öldürülüb.
Əhməd Əl-Lavhın öldürülməsi ilə Qəzzada İsrail hücumları
nəticəsində həlak olan jurnalistlərin sayı 196-ya çatıb. Bəyanatda
İsrailin fələstinli jurnalistləri hədəf alması, öldürməsi və onlara
qarşı sui-qəsdlər həyata keçirməsi qətiyyətlə pislənilib.
Bununla yanaşı, İsrailin bu hərəkətlərinə görə ABŞ, İsrail və onların müttəfiqləri – xüsusilə İngiltərə, Almaniya və Fransa – məsuliyyət daşıdığı qeyd edilib. Bəyanatda beynəlxalq ictimaiyyət və jurnalistika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar İsrailin cinayətlərinə qarşı hüquqi tədbirlər görməyə və soyqırım cinayətini dayandırmağa çağırılıb.
Fələstin Media Dərnəyinin yaydığı digər açıqlamada, Livanın Əl-Məşhəd telekanalının Qəzzadakı müxbiri Məhəmməd Baluşenin də İsrail hücumları nəticəsində həyatını itirdiyi bildirilib. Hökumət və təşkilatlar İsrailin jurnalistlərə qarşı sistemli hücumlarına son qoyulması üçün təzyiq göstərilməsinin vacibliyini vurğulayıblar.