Bakı. AzerVoice:
İsrail Qəzzanın mərkəzində mülki yaşayış məntəqələrini bombalayıb.
AzerVoice-nin məlumatına görə, hücum zamanı çoxlu sayda ölən və yaralılanlar olub.
Məlumat üçün qeyd edək ki, ölən və yaralananların böyük əksəriyyətinin körpə və azyaşlı uşaqlardır.
Yaralılar çarpayı olmadığından dəhlizlərdə müalicə olunurlar.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 775 nəfərə çatıb.
Hafiz Rufizoğlu