Bakı,AzerVoice
Nüvə enerjisi qlobal elektrik enerjisi istehsalına 12% töhfə verir. AzerVoice xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Mariano Qrossi deyib.
O qeyd edib ki,hazırda nüvə enerjisi qlobal elektrik enerjisi istehsalının təxminən 12%-ni təşkil edir və növbəti iyirmi il ərzində bu payı 20%-dən 25%-ə qədər artırmaq üçün səylər davam edir.
Qrossi onu da qeyd edib ki , AEBA ərəb ölkələri xüsusən də, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əməkdaşlığı yüksək qiymətləndirir.
“ BƏƏ ilə nüvə enerjisi sahəsində əməkdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq BƏƏ-nin nüvə sektorunun daha geniş enerji kompleksinə inteqrasiyasını nümayiş etdirən nümunəvi model olduğunu göstərir” –deyə o bildirib.