Bakı,AzerVoice
2023-cü ilin dekabr ayında , İraqın neft ixracı gəlirləri 8,3 milyard dolları keçib. Bu haqda Neft Marketinqi üzrə Dövlət Təşkilatına(SOMO) istinadən məlumat verir.
SOMO-nun məlumatına əsasən, dekabr ayı ərzində xam neftin ümumi ixracı 108,05 milyon bareldən çox olub, gəlirləri isə 8,31 milyard dolları ötüb.
“2023-cü il noyabrında İraqın mərkəzi və cənubundakı neft yataqlarından ixrac edilən xam neftin ümumi miqdarı 102,97 milyon bareldən çox olub. 2023-cü ilin oktyabr ayında İraqın ümumi xam neft ixracı 109,54 milyon bareldən çox olub, gəlirləri isə 9,59 milyard dolları ötüb. Sentyabrda İraqın ixrac etdiyi neft gündəlik 3,43 milyon bareli keçib”-deyə məlumatda bildirilir.