BAKI,AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 80,2 faiz azalaraq, 28 milyon 117 min 6 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71,9 faiz azalaraq, 2 milyon 180 min 93 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 15 milyard 506 milyon 584 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 290 milyon 599 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 13,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 16 milyard 766 milyon 621 min dollar məbləğində hazır geyim ixrac edib.