BAKI, AzerVoice
Noyabrın 12-də Aşqabad Ticarət və Sənaye Palatasının sərgi mərkəzində "Türkmentel-2025" Beynəlxalq Sərgisinin açılışı olub. Sərgidə bir çox ölkələrlə yanaşı, Türkmənistandan 200-dən çox təmsilçi iştirak edib.
AzerVoice xəbər verir ki, tədbirdə Azərbaycan şirkətləri də təmsil olunub. "Delta Telecom" şirkəti sərginin platinium sponsoru qismində çıxış edib və öz stendi ilə iştirakçılara təqdim olunub. Həmçinin "Azerconnect" və "AzerTelecom" şirkətlərinin nümayəndələri də sərgidə iştirak ediblər.
Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Memmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyəti, xarici ölkələrin təmsilçiləri, eləcə də Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin əməkdaşları "Delta Telecom" şirkətinin stendini ziyarət ediblər.
Sərgidə "Delta Telecom"un stendi iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.