BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-ci ilin sentyabr ayında Fransaya xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz azalaraq, 2 milyon 39 min 28 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Fransaya xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 faiz azalaraq, 18 milyon 15 min 55 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq dəyişərək, 2 milyard 16 milyon 639 min dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 263 milyon 750 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 5,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 2 milyard 797 milyon 852 min dollar məbləğində xalça ixrac edib.