Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlandı

    15 Oktyabr 2024 13:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 161 ölkədən idxal olunub.

     AzerVoice Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 30212,3 milyon ABŞ dolları təşkil edib.

    Ticarət dövriyyəsinin 17448,4 milyon dollarını və ya 57,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 12763,9 milyon dollarını (42,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 4684,5 milyon dollar məbləğində müsbət saldo yaranıb.

    2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 2,3 faiz, real ifadədə 5,2 faiz, o cümlədən, idxal 2,2 faiz, ixrac isə 7,0 faiz azalıb. 2024-cü ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 1,4 faiz, real ifadədə 12,0 faiz azalaraq 2179,9 milyon dollar təşkil edib.

    Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 22,5 faizi İtaliya, 13,5 faizi Türkiyə, 9,5 faizi Rusiya, 7,4 faizi Çin, 4,5 faizi İsrail, 3,2 faizi Almaniya, 2,9 faizi Avstraliya, 2,6 faizi Hindistan, hər biri 2,5 faiz olmaqla Çexiya və ABŞ, 2,0 faizi Xorvatiya, 1,9 faizi Birləşmiş Krallıq, hər biri 1,4 faiz olmaqla Yunanıstan və Portuqaliya, hər biri 1,3 faiz olmaqla Bolqarıstan, Gürcüstan və İran, hər biri 1,0 faiz olmaqla Rumıniya, Ukrayna, Belarus, İsveçrə və Türkmənistan, hər biri 0,9 faiz olmaqla Tailand və Koreya, 11,5 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

    İxracın 36,3 faizini İtaliyaya, 14,6 faizini Türkiyəyə, 7,6 faizini İsrailə, 4,2 faizini Rusiyaya, 4,1 faizini Çexiyaya, 3,6 faizini Hindistana, 3,4 faizini Xorvatiyaya, hər biri 2,4 faiz olmaqla Almaniya və Portuqaliyaya, hər biri 2,2 faiz olmaqla Yunanıstan və Birləşmiş Krallığa, 2,1 faizini Bolqarıstana, 1,9 faizini Gürcüstana, 1,6 faizini Rumıniyaya, 1,3 faizini Tailanda, 0,9 faizini Tunisə, 0,8 faizini İndoneziyaya, hər biri 0,7 faiz olmaqla Niderland və Ukraynaya, hər biri 0,6 faiz olmaqla İspaniya, ABŞ, Serbiya və İsveçrəyə, 4,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

    Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,5 faiz), Türkiyəyə (18,1 faiz), Gürcüstana (7,2 faiz), ABŞ-a (5,0 faiz), İsveçrəyə (4,6 faiz), Ukraynaya (3,3 faiz), Qazaxıstana (3,1 faiz), Omana (3,0 faiz), Türkmənistana (2,9 faiz), Almaniyaya (1,6 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,5 faiz), Belarusa (1,3 faiz), Niderlanda (1,2 faiz), Qırğızıstana (1,1 faiz), Özbəkistana (1,0 faiz), İtaliyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Çin, 17,1 faizi Rusiya, 11,8 faizi Türkiyə, 7,1 faizi Avstraliya, 5,1 faizi ABŞ, 4,2 faizi Almaniya, 3,1 faizi İran, 2,7 faizi İtaliya, hər biri 2,1 faiz olmaqla Belarus və Koreya, 1,9 faizi Yaponiya, 1,8 faizi Türkmənistan, 1,6 faizi İsveçrə, 1,5 faizi Ukrayna, 1,4 faizi Birləşmiş Krallıq, 1,3 faizi Kanada, 1,2 faizi Fransa, hər biri 1,1 faiz olmaqla Hindistan və Braziliya, 0,9 faizi Özbəkistan, hər biri 0,8 faiz olmaqla Qazaxıstan və Polşa, 11,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

    2024-cü ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 46,2 faiz, tütün – 3,6 dəfə, bitki yağları – 2,8 dəfə, meyvə və tərəvəz konservləri – 14,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,1 dəfə, çay – 10,3 faiz, pambıq lifi – 2,0 dəfə, mineral gübrələr – 2,2 dəfə, bentonit gili – 14,3 faiz artıb, təzə meyvə ixracı isə 0,1 faiz, kartof – 32,0 faiz, meyvə və tərəvəz şirələri – 3,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 34,1 faiz, polipropilen – 25,6 faiz, polietilen – 21,9 faiz, elektrik enerjisi – 64,2 faiz, emal olunmamış alüminium – 18,5 faiz, sement klinkerləri – 6,0 faiz, qara metallardan çubuqlar – 7,7 faiz, pambıq ipliyi – 2,5 faiz, qara metallardan borular – 26,4 faiz azalıb.

    2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2024-cü ilin yanvar-avqust aylarında xam şəkər idxalı – 5,4 faiz, təzə meyvə – 31,2 faiz, bitki yağları – 33,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 77,1 faiz, unlu qənnadı məmulatları – 12,7 faiz, şokolad və şokolad məhsulları – 13,2 faiz, çay – 12,4 faiz, quş əti və onun əlavə məhsulları – 27,7 faiz, mal əti – 76,8 faiz, təzə tərəvəz – 67,9 faiz, qara metallardan borular – 3,1 faiz, hesablama maşınları, blok və qurğuları – 18,3 faiz, yük avtomobilləri – 21,9 faiz, sintetik yuyucu vasitələr – 4,1 faiz, mebellər – 45,0 faiz, məişət kondisionerləri – 45,9 faiz, qara metallardan çubuqlar – 47,8 faiz, mineral gübrələr – 40,6 faiz, polipropilen – 22,4 faiz, qara metallardan künclüklər – 2,6 faiz, avtobuslar – 2,0 dəfə, sement – 6,5 faiz artıb, buğda idxalı isə 13,2 faiz, kartof – 5,4 faiz, siqaretlər – 70,0 faiz, minik avtomobilləri – 13,0 faiz, dərman vasitələri – 28,6 faiz, polad prokatı – 11,1 faiz, rezin şinlər – 12,2 faiz, polietilen – 9,1 faiz, paltaryuyan maşınlar – 0,8 faiz, məişət soyuducuları – 9,2 faiz azalıb.

    Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlandı
    #Azərbaycan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub

    24 Yanvar 2026 15:44

    SPECA iqlim dəyişikliyi üzrə dayanıqlı şəhərlər forumu yaradacaq

    24 Yanvar 2026 14:43

    Ötən il KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib

    24 Yanvar 2026 12:24

    Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

    24 Yanvar 2026 11:48

    ABŞ Vitse-prezidenti fevralda Ermənistan və Azərbaycana səfər edəcək

    24 Yanvar 2026 11:17

    Energetika naziri Masallıda vətəndaşları qəbul edib

    23 Yanvar 2026 15:31

    2025-ci ildə 4 mindən çox ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub

    23 Yanvar 2026 15:06

    10 erməni Ermənistana təhvil verildi

    23 Yanvar 2026 13:10

    2026-cı ildə Azərbaycandan Avropaya qaz ixracı artacaq - Beynəlxalq Enerji Agentliyi

    23 Yanvar 2026 12:45

    Dövlət Vergi Xidmətində Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirilib

    23 Yanvar 2026 11:25

    Bakıda “Nar Naxışı” festivalı keçiriləcək

    23 Yanvar 2026 10:37

    4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

    23 Yanvar 2026 10:19
    Demo
    XƏBƏR LENTİ

    Fransız deputat Parisi SDQ terror təşkilatına dəstək verməyə çağırıb

    ABŞ ordusu strategiyasını dəyişir: əsas prioritet daxili təhlükəsizlik və Çin olacaq

    İkinci Dünya müharibəsindən sonra qurulan qlobal nizam çatlayır - Ərdoğan

    Bayraktar, Liviya baş naziri ilə görüşüb

    Rusiya və Çin Qrenlandiyada təhlükə yaratmır - ABŞ

    “Napoli”nin hücumçusu Lorenzo Lukka “Nottingem Forest”ə icarəyə verilib

    ABŞ İtaliyadan Qəzza münaqişəsinin həllində kömək istəyib

    Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub

    Suriya hökuməti ilə SDQ arasında atəşkəsin müddəti uzadılıb

    SPECA iqlim dəyişikliyi üzrə dayanıqlı şəhərlər forumu yaradacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.