Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının bir sıra sənədləri imzalanıb

    4 İyul 2024 12:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,VOA

    İyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının bir sıra sənədləri imzalanıb.

    VOA xəbər verir ki, Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən "Ədalətli dünya, harmoniya və inkişaf naminə dünya birliyi haqqında", "ŞƏT-in təkmilləşdirilməsi haqqında" təşəbbüs, eləcə də enerji əməkdaşlığının inkişafına haqqında qərar, ŞƏT-ə üzv ölkələrin investorlar assosiasiyası haqqında, mühafizə olunan ərazilər və iqtisadi turizm sahəsində əməkdaşlıq proqramının təsdiqlənməsi haqqında qərar qəbul olunub.

    Qeyd edək ki, ŞƏT sammiti Qazaxıstanın sədrliyi ilə keçirilir. Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, həmçinin ŞƏT-in Baş katibi və regional ŞƏT antiterror strukturunun icraçı direktoru iştirak edir.

    Sammitdə həmçinin BMT-nin Baş katibi və Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Tə.kilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi Komissiyası (AİK) və Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatı (IOFS) kimi beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

    ŞƏT sammiti ilk dəfədir ki, "ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası " və "ŞƏT+" iclası formatında keçirilir.

    Bütünlükdə dövlət başçıları ŞƏT-in çoxplanlı əməkdaşlığının, onun perspektivlərinin daha da möhkəmləndirilməsinə, eləcə də aktual beynəlxalq və regional problemlərin həllinə imkan yaradan geniş spektrli məsələləri nəzərdən keçirirlər.

    ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının bir sıra sənədləri imzalanıb
    #Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan UNESCO-nun 43-cü Baş Konfransına ev sahibliyi edəcək

    29 Oktyabr 2025 15:28

    Hindistan XİN Azərbaycanın ŞƏT-ə üzvlüyü ilə bağlı yalan danışmağa davam edir, Bakı cavab tədbirləri görəcək - Mənbə

    6 Sentyabr 2025 11:47

    İmperiya zərbə endirir: Si gücünü nümayiş edir

    2 Sentyabr 2025 20:51

    Japarov ŞƏT sammitində iqlim çağırışı edib

    2 Sentyabr 2025 16:25

    Zəngəzur dəhlizi ilə bağlı hər hansı problem yoxdur - Ərdoğan

    2 Sentyabr 2025 15:10

    ŞƏT ölkələrinə qaz ixracını artırmağa hazırıq - Türkmənistan Prezidenti

    2 Sentyabr 2025 12:27

    İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını dəstəkləyir – Pezeşkian

    1 Sentyabr 2025 20:22

    Ermənistan Azərbaycanla əldə olunmuş razılaşmalara sadiqdir - Paşinyan

    1 Sentyabr 2025 18:22

    Ərdoğan İran prezidenti Pezeşkian ilə görüşüb

    1 Sentyabr 2025 17:26

    ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasında 20 sənəd imzalanıb

    1 Sentyabr 2025 15:23

    Ərdoğan Qəzzadakı aclıq fəlakətinə diqqət çəkib

    1 Sentyabr 2025 15:07

    Biz Türkiyəni etibarlı və sübut edilmiş tərəfdaş kimi görürük - Putin

    1 Sentyabr 2025 14:04
    Demo
    XƏBƏR LENTİ

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    Kinemortofobiya nədir?

    Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi

    Ənənəvi evlər və fermalar Əl-Qasımda ilboyu fəaliyyət göstərən turizm mərkəzlərinə çevrilir

    Türkiyədən İrana sement ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    Ərdoğan Bakıda Ankaranın sabiq polis rəisi, Daxili İşlər Nazirliyi sabiq müşaviri Servet Yılmazla görüşüb

    Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı 150 mini keçib (ÖZƏL)

    Azərbaycanın iki cüdoçusu finala yüksəlib - İslamiada (FOTO)

    Azərbaycan regionda sülhün memarı kimi ön plana çıxacaq - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.