Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    İrandan Türkiyə limanlarına tondan çox yük daşınıb (ÖZƏL)

    18 Dekabr 2024 10:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2024-cü ilin yanvar-noyabr aylarında İrandan Türk limanlarına 262 min 186 ton yük daşınıb.

    Bu barədə AzerVoice - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər İrandan Türkiyə limanlarına 144 min 728 ton yük daşıyıb.

    “Bu ilin yanvar-noyabr aylarında İrandan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 114 min 536 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

    Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində İrandan Türkiyəyə İran bayrağı ilə üzən gəmilərlə 2 min 992 ton yük çatdırılıb.

    2024-cü ilin yanvar-noyabr aylarında İrandan Türkiyə limanlarına tranzit yük daşınmayıb.

    Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyə limanları 32 milyon 470 min 94 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 436 min 123 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 33 min 971 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Bununla yanaşı, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- noyabr aylarında Türkiyə limanları 363 milyon 841 min 53 ton yük qəbul edib.

    “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 27 milyon 488 min 32 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 353 min 21 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 63 milyon 524 min 718 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 373 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 966, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 407 olub.

    2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 56 min 86 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 36 min 550, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 536 olub”, – deyə nazirlikdən bildirilib.

    #Türkiyə limanları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə limanları ilə 10 milyon tondan çox kənd təsərrüfatı məhsulları daşınıb (ÖZƏL)

    1 Dekabr 2025 17:27

    Türkiyə limanları ilə 30 milyon tondan çox inşaat məhsulları daşınıb (ÖZƏL)

    1 Dekabr 2025 15:01

    Türkiyə limanları ilə 26 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    1 Dekabr 2025 11:49

    Türkiyə limanları ilə 76 milyon tondan çox neft məhsulları daşınıb (ÖZƏL)

    1 Dekabr 2025 09:48

    Rusiyadan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    30 Noyabr 2025 15:00

    Türkiyə Beynəlxalq dənizçilik təşkilatının şura üzvlüyünə yenidən seçilib

    29 Noyabr 2025 09:36

    Gürcüstandan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    28 Noyabr 2025 10:41

    Fransadan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    27 Noyabr 2025 15:28

    Yunanıstandan Türkiyə limanlarına 6 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    26 Noyabr 2025 16:23

    Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    26 Noyabr 2025 13:07

    Misirdən Türkiyə limanlarına 8 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    25 Noyabr 2025 09:43

    Türkiyənin Güllük limanı 5 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    23 Noyabr 2025 13:00
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 7 Dekabr

    PKK/YPG Əsəd rejiminin devrilməsinin ildönümü tədbirlərini qadağan edib

    BMT nümayəndələri Cənubi Livanda tərəfləri atəşkəsə əməl etməyə çağırıb

    Kiyev və Vaşinqton sülh danışıqları üçün növbəti addımlar və formatlar barədə razılaşıb - Zelenski

    Misir və Rusiya Sudan, Suriya, Livan və Qəzza üzrə regional gərginlikləri müzakirə edib

    Türkiyənin Baş Qərargah rəisi Dəməşqə səfər edib

    Suriya Prezidenti Şəraa Doha Forumunda Qətər Əmiri ilə danışıqlar aparıb

    Qəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq - Qətər

    İsveçdə İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirilib

    Sudanda uşaq bağçasına edilən hücumda 33 uşaq öldürülüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.