Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Mədəniyyət

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub

    10 Aprel 2025 10:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Aprelin 9-da Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “İndi al! Müştəriyə tələ” sənədli filmi nümayiş olunub.

    AzerVoice xəbər verir ki, tədbirin açılışında nümayişə qatılan 400-ə yaxın gəncə məsuliyyətli istehlakın əhəmiyyəti, mövcud istehlak mədəniyyətinin ətraf mühitə uzunmüddətli təsirləri, eləcə də gənclərin ekoloji davamlılığa töhfə vermələri üçün gündəlik həyatlarında necə daha məsuliyyətli ola biləcəkləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ekoloji maarifləndirmə və hər bir fərdin istehlak vərdişlərində edəcəyi dəyişikliklər bu sahədə davamlı inkişafa yol aça bilər və gənclər bu prosesin aparıcı qüvvəsinə çevrilməlidir. Bu xüsusda, IDEA tərəfindən həyata keçirilən tədbir və layihələrin ekoloji düşüncə tərzinin formalaşdırılması, gənclərin maarifləndirilməsi, eləcə də sağlam və dayanıqlı həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

    Daha sonra sənədli film nümayiş olunub.

    Qeyd edək ki, “İndi al! Müştəriyə tələ” sənədli filmi Böyük Britaniyanın “Grain Media” şirkəti tərəfindən istehsal olunub. Rejissor Nik Steysinin ekranlaşdırdığı sənədli filmdə aparıcı beynəlxalq korporasiyalar və elektron ticarət platformaları tərəfindən tətbiq olunan marketinq strategiyaları, müasir istehlak vərdişlərinin ətraf mühitə mənfi təsiri və sözügedən problemin aradan qaldırılması yolları barədə bəhs edilir. Bir sıra qlobal şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışmış şəxslərlə aparılan müsahibələr, müvafiq statistik məlumatlar və nümunələr vasitəsilə bu tendensiyaların doğurduğu risklər filmdə ətraflı işıqlandırılıb.

    IDEA İctimai Birliyi hər kəsi gündəlik həyatında məsuliyyətli istehlak vərdişlərini formalaşdırmağa, eləcə də daha yaşıl və dayanıqlı gələcək naminə birgə addımlar atmağa çağırır.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub
    #Heydər Əliyev Fondu #Leyla Əliyeva #IDEA #Nizami Kino Mərkəzi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Dünyasının Animasiya İrsi Bakıda nümayiş olunur

    6 Dekabr 2025 12:01

    Heydər Əliyev Fondu İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftənin tərəfdaşı oldu

    1 Dekabr 2025 18:26

    Çinin ölkəmizdəki səfiri əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib

    26 Noyabr 2025 17:13

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib

    24 Noyabr 2025 18:17

    Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar

    22 Noyabr 2025 11:28

    Leyla Əliyeva və Alena Əliyeva Lənkəran Dövlət Universitetinin nəzdində yaradılmış Baytarlıq Klinikası ilə tanış olublar

    22 Noyabr 2025 10:07

    Leyla Əliyeva və Arzu Əliyeva Astarada Pəncəli Teymurovun ailəsini ziyarət ediblər

    21 Noyabr 2025 22:04

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lənkəranda internat məktəbində olub

    21 Noyabr 2025 21:08

    Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

    21 Noyabr 2025 20:07

    Lənkəranda ANİMAFİLM festivalı keçirilib

    21 Noyabr 2025 18:19

    Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər

    21 Noyabr 2025 12:04

    Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub

    19 Noyabr 2025 22:45
    Demo
    XƏBƏR LENTİ

    Cənubi Qafqazda yeni reallıqlar və status-kvo qururuq - Hikmət Hacıyev

    Türkiyə Qəzza üçün üzərinə düşəni etməyə hazırdır - Hakan Fidan

    İndoneziyada daşqın qurbanlarının sayı 900 nəfəri ötüb

    BMT Konqo və Ruanda arasında imzalanan sülh razılaşmasını alqışlayıb

    2025 ən isti illərdən olub - Ümumdünya Meteorologiya Təşkilatı

    Asılılıqla mübarizədə birlikdə olmalıyıq - Ərdoğan

    3 nəhəng klub bu futbolçu üçün mübarizə aparır

    Türkiyədən Azərbaycana hazır geyim ixracı 49 milyon dolları keçib (ÖZƏL)

    Azərbaycan TDT ilə sosial sahədə təcrübə mübadiləsinə hazırdır - Nazir

    "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfindədir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.