Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Demokratik şüarlar İraqda islamçılara nə üçün lazımdır?

    30 İyun 2024 09:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,VOA

    İraqda  İslamçıların demokratiya ilə münasibətləri yaxşı olmasa da həmişə praqmatik olub. Müxalifət diktatura rejimlərinin legitimliyinə etiraz etmək üçün demokratik sistem tələbi bayrağını qaldıranda və ya seçkilərdə xalqın səfərbərliyinin təminatçısına çevrildikdə islamçıların ilk tələbi idarəetmə sisteminin demokratikləşdirilməsi olub. Bu demək olar ki, dünyanını siyasi islam olduğu bütün ölkələrdə berlədir.

    Lakin siyasi islam partiyaları ilə demokratiya arasında seçkidən başqa heç bir əlaqə yoxdur. İraqda 1990-cı illərdən islamçılar demokratiyaya praqmatik yanaşdılar. Lakin buna baxmayaraq, onlar heç vaxt seçkilərin şəffaflığına inanmırdılar.

    Bəzi islamçılar demokratiyaya inansalar da, onu müzakirə etsələr də, bəziləri isə tamamilə rədd edir.

    İraqda siyasi səhnədəki fəal qüvvələr ideoloji və ya şüar baxımından siyasi islam hərəkatlarından, xüsusən də şiə siyasi islam qüvvələrindən asılıdır. Biz islamçılardan danışarkən şiə siyasi aktorların təmsil etdiyi şəxsləri nəzərdə tuturuq və onlar rejim dəyişikliyindən sonra ilk seçkilərdən bəri hakimiyyətdədirlər.

    Lakin hətta onların seçki öhdəliyi ilə bağlı mövqeyi prinsipial olmayıb. Əgər seçkilər onların qələbəsi və parlamentdə kifayət qədər mandat qazanması ilə nəticələnərsə, hakimiyyət qənimətlərini bölüşməyə imkan verirsə, o zaman onlar hakimiyyərtin bir parçasına çevrilirdilər. Seçki vədləri isə ya arxa plana keçirdi ya da tamamən unudulurdu.Bəzən isə sünii problemlər yaradılır və yeni gündəm ortalığı qarışdırırdı.

    Amma nəticələr ağır məğlubiyyət və ya gözləniləndən az yer tutanda, səs-küy və etirazlar artır, seçkilər qeyri şəffaf və saxta elan edilirdi.

    Məğlubiyyəti izah edə biləcək bütün sui-qəsd nəzəriyyələri gündəmə gətirilir. Təbii ki, xarici dövlətlərin seçkinin nəticələrini manipulyasiya etmək üçün plan qurduqları da istsian edilmir.

    Ötən illərdə İraqda əsas seçki nəticələrinin funksiyası siyasi liderlər arasında razılaşmalar və kompromislər sisteminə legitimlik vermək olub. Bu, ümumilikdə demokratiya, xüsusən də seçkilər haqqında problemli düşüncənin məhsuludur.
    Çünki siyasi təbəqənin liderləri hesab edirlər ki, istənilən seçki məğlubiyyəti parlamentdəki yerlərin sayı ilə məhdudlaşmayacaq və onları hakimiyyət və nüfuz uğrunda rəqabət meydanından kənarda qoyacaq. Onlar 20 ildən artıqdır ki, hakimiyyətin qənimətini bölüşdürmək, dövləti və onun qurumlarını partiya liderlərinin tərəfdarları və ətrafı üçün şöbələrə çevirmək qaydaları əsasında siyasi sistem qurmağa çalışıblar.

    İraqdakı "demokratiya" hibrid modeldir. Hökumətlərin yaradılması və hakimiyyətin bölüşdürülməsi konsensusa əsaslanır. Bir çox qərarların məzhəb çoxluğunun iradəsi ilə verilməsi nəzərdə tutulur. Bu səbəbdən də son illərdə səhnənin önündə olan siyasi liderlər öz aralarında razılaşma və kompromislərə demokratik modelin yeni prinsiplərini qurmaq istəyirlər. Seçkilərdə məğlubiyyətlərinin nəticələrinin təhlükəli olduğunu hiss etdikdə, barışdırıcı quruluşa qarşı çevriliş xəbərdarlığı tonunda siyasi diskurs inkişaf etdirməyə başlayırlar. Parlamentdə çoxluğa sahib olduqları halda seçicilərinin əksəriyyətinin iradəsi prinsipi əsasında bir çox qərarlar qəbul etməyə çalışırlar.

    2005-ci ildə İraq konstitusiyasının yazılmasına töhfə verən islamçılar üçün demokratik dövlət quruculuğu önəmli deyildi. Konstitusiya yazılarkən isə, məhz onların təkidi ilə, “İslam dövlətin rəsmi dini və qanunvericiliyin əsas mənbəyidir” maddəsi əlavə edilib. Həmin maddənin “A” bəndində isə deyilir : İslamın müəyyən edilmiş müddəalarına zidd qanunlar qəbul etmək olmaz”.

    Əslində islamçıların dövlətə və cəmiyyətə qarşı öz şəriət anlayışlarını üstüörtülü və ya açıq şəkildə tətbiq etmək üçün apardıqları mübarizə onların siyasi xəyallarına hakim olan dini bir hökumət qurmaq istəklərini ehtiva edir.

    İraqda Qədir-Xum bayramının dövlət bayramı kimi qəbul edilməsi ilə bağlı qanunun qəbulunda çoxluq prinsipinə açıq şəkildə istinad edilib. Burada parlamentdə təmsil olunan siyasi çoxluğun şiə komponentini təmsil etdiyi, Qədir-Xum bayramının şiə rəvayətlərinin imamət və idarəçiliklə bağlı məsələlərə əsaslandığı tarixi bir gün olduğu iddia edilib.  

    Burada ironiya ondan ibarətdir ki, hazırda fəal olan şiə siyasi hakim qüvvələri öz çoxluq anlayışını müəyyən etməyiblər. Bu çoxluq şiə məzhəb komponentini təmsil etmələrinə əsaslanır, yoxsa parlamentdə siyasi varlığı?

    Görünür, İtraqda şiə hakim qüvvələrin rəftarlarını praqmatik düşüncələr və davranışlar idarə etdikcə, demokratiya ilə bağlı seçməlik davam edəcək. Onlar demokratiyanın seçkili olmasını istəyirlər, bir şərtlə ki, bu, seçkilərdə onların qələbəsinə zəmanət versin.

    İraqdakı hakimk şiə siyasi İslam düçüncəsinə görə, ali dini təbəqənin liderləri öz kütlələri qarşısında məsuliyyət daşımalı deyillər. Dövlətin mali və mülkü  bu şəxslər arasında rahat şəkildə bölüşdürülə bilər. Onlar öz islamçı ideologiyalarına uyğun qanun və qaydalar qəbul etmək istəyəndə “demokratiya çoxluğun hakimiyyətidir” şüarını səsləndirən səsləri ucalır.

    Demokratik şüarlar İraqda islamçılara nə üçün lazımdır?
    #İraq #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    7 Dekabr 2025 11:23

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    İraq Hizbullahı və Husiləri terror təşkilatı kimi qəbul etdi

    4 Dekabr 2025 14:08

    İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

    24 Noyabr 2025 12:24

    Körfəz müharibəsindəki ən böyük tank döyüşü

    15 Noyabr 2025 07:39

    İraqlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

    14 Noyabr 2025 16:33

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    14 Noyabr 2025 15:00

    İraq ABŞ-dan 100 milyon dollarlıq hərbi rabitə sistemi alıb

    14 Noyabr 2025 10:05

    İsrail ordusu Hizbullaha qarşı qabaqlayıcı zərbə strategiyasını işə salır

    14 Noyabr 2025 00:24

    Suriya terrorla mübarizə koalisiyasına rəsmi olaraq qatıldı

    13 Noyabr 2025 22:00

    Sudani parlament seçkilərində böyük qələbə qazanıb

    12 Noyabr 2025 14:19

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    10 Noyabr 2025 20:09
    Demo
    XƏBƏR LENTİ

    Qubada ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib

    Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir

    Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

    Lando Norris ilk dəfə Formula 1 çempionu olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.