Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Fələstinlilərin köçürülməsi təklifinə “alternativ” təklif nədir?

    31 Yanvar 2025 10:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Misir və İordaniya fələstinlilərin Qəzza zolağından köçürülməsinə qəti şəkildə qarşı çıxdıqdan sonra, Donald Trampın girovlarla bağlı xüsusi müşaviri Adam Bohler bu mövzunu yenidən gündəmə gətirdi. O, Misir və İordaniyadan "Qəzza xalqının köçürülməsi təklifinə" alternativ bir həll təklif etmələrini istəyib.

    Ekspertlər bunu "təxribat, vaxt qazanmaq cəhdi və Amerika-İsrail baxışını qəbul etdirmək" kimi qiymətləndirib. Onların fikrincə, Trampın müşavirinin "alternativ təklif" istəməsi, Fələstin məsələsinin həlli üçün məsuliyyəti ərəb dövlətlərinin üzərinə atmaq deməkdir.

    Bohler çərşənbə günü İsrailin “12-ci kanal”ına verdiyi müsahibədə bildirib ki, əgər Misir və İordaniya Qəzzadan olan fələstinli qaçqınları qəbul etmək istəmirsə, “onlar daha yaxşı olacağına inandıqları alternativ bir həll təklif etməlidirlər.” O əlavə edib: “Əminəm ki, prezident Tramp bunu dinləyəcək, o həmişə müxtəlif həll yollarına açıqdır, amma onlar real olmalıdır.”

    Ötən şənbə axşamı ABŞ-ın keçmiş prezidenti bəyan edib ki, İsrailin hərbi hücumu nəticəsində ağır humanitar vəziyyətin yarandığı və on minlərlə insanın həlak olduğu Qəzzadan daha çox fələstinlinin Misir və İordaniyaya qəbul edilməsi vacibdir. Trampdan bunun müvəqqəti, yoxsa uzunmüddətli bir təklif olub-olmadığı soruşulanda, o cavab verib: “Bu da ola bilər, o da.”

    Vaşinqtondakı Corc Taun Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Edmund Ğrieb bildirib ki, “Bohlerin bəyanatı Trampın yayınma və mövzunu dolayısıyla dəyişdirmə taktikalarının bir hissəsidir. O, təklifinin ərəb, beynəlxalq və hətta Amerika səviyyəsində geniş qınaqla qarşılandığını gördükdə, nümayəndəsini Yaxın Şərqə göndərdi ki, bu sözləri desin. Bu, Trampın danışıqlar taktikasına xas olan bir yanaşmadır. O, istədiyini həyata keçirmək üçün həm vaxt, həm də mövqe qazanmağa çalışır. Tramp güc və fakt yaratma siyasəti ilə hər şeyi diktə edə biləcəyinə inanırdı, lakin təklifinə beynəlxalq ictimaiyyətin bu qədər sərt müqavimət göstərəcəyini düşünmürdü. Onun fikrini yalnız İsraildəki radikal sağçılar dəstəkləyib”-deyə Ğrieb əlavə edib.
    Misir prezidenti Əbdülfəttah əs-Sisi çərşənbə günü “məcburi köçürülmə təklifini” qəti şəkildə rədd etdiyini bəyan edib. O bildirib ki, “Fələstin xalqının köçürülməsi bir zülmdür və Misir bu haqsızlığın iştirakçısı olmayacaq. Çünki Misirin bu məsələdə tarixi və sabit mövqeyi var.”
    Eyni zamanda, İordaniyanın xarici işlər naziri Ayman əs-Səfadi bazar günü vurğulayıb ki, “İordaniya iordaniyalılar üçündür, Fələstin isə fələstinlilərindir. Biz məcburi köçürülməni rədd edirik və bu mövqeyimiz dəyişməzdir.”
    Bundan əlavə, Qərb və Avropadan da bu təklifə qarşı genişmiqyaslı etiraz bəyanatları verilib.
    Qahirə Universitetinin siyasi elmlər üzrə professoru Nurhan əş-Şeyx “Aş-Şərq əl-Avsat” qəzetinə açıqlamasında bildirib ki, “Trampın müşavirinin bəyanatı olduqca təxribat xarakterlidir və fələstinlilərin hüquqi statusu və tarixi haqlarını görməzdən gəlməyə cəhddir. Alternativ həll illərdir mövcuddur və bu da ‘İki dövlətli həll’dir. Oslo Sazişi və digər razılaşmalar da məhz bu prinsip əsasında imzalanıb.”

    Nurhan əş-Şeyx əlavə edib ki, “Tramp administrasiyası baxışlarını zorla qəbul etdirməyə çalışır. Halbuki ABŞ-ın onillərdir açıq və sabit olan mövqeyi ‘İki dövlətli həllə’ sadiq qalmaqdır. Lakin Tramp bu mövqedən yayınmaq, sanki belə bir həll variantı heç mövcud deyilmiş kimi davranmaq istəyir. O, administrasiyasının baxışlarını – İsrailin istənilən şəkildə həyata keçirmək istədiyi ‘Əsrin Sazişi’ni və məcburi köçürülmə planını – yeganə həll yolu kimi təqdim etməyə çalışır.”
    Oslo Sazişi İsrail və Fələstin Azadlıq Təşkilatı (FAT) arasında imzalanmış ilk rəsmi razılaşmadır. O, onillərlə davam edən qarşıdurma və münaqişəyə son qoymağı və hər iki tərəfin qanuni hüquqlarının qarşılıqlı tanınmasını nəzərdə tutur. Razılaşmada Fələstin Muxtariyyətinin quruluşu, müvəqqəti özünüidarə hökumətinin yaradılması və digər məsələlərlə bağlı maddələr yer alır.
    İki dövlətli həllə zəmin yaradan bu saziş 1993-cü ilin sentyabr ayında Vaşinqtondakı Ağ Evin bağçasında imzalanıb və rəsmi olaraq ‘Fələstin-İsrail Prinsiplər Bəyannaməsi – Oslo’ adlandırılıb.
    İordaniyada yerləşən “Qüds Siyasi Araşdırmalar Mərkəzinin” direktoru Arib ər-Rantavi bildirib ki, “Bohlerin açıqlaması təxribat xarakterlidir. Sanki məcburi köçürülmə qaçılmazdır və Misir, İordaniya və ABŞ arasındakı mübahisə yalnız bu köçürülmənin haraya yönləndiriləcəyi ilə bağlıdır.”
    “Tramp və administrasiyası unudur ki, Misir, İordaniya və fələstinlilər artıq açıq şəkildə bəyan ediblər: Qəzza, qəzzalıların, Fələstin isə fələstinlilərin vətənidir və onların başqa vətəni yoxdur. Tramp məcburi köçürülmə təklifindən əl çəkməlidir. Əgər alternativ həll yolu axtarırsa, qoy İsrailin işğal etdiyi torpaqlardan qovulan fələstinliləri geri qaytarsın. Yaxud, hazırda ABŞ-da miqrantları təqib edərkən, fələstinlilərin Misir və İordaniyaya köçürülməsini istəmək əvəzinə, özü onları qəbul etsin.”-deyə ər-Rantavi, “Aş-Şərq əl-Avsat” qəzetinə verdiyi açıqlamada deyib.
    Keçən həftə Ağ Ev qeyri-qanuni miqrantların ABŞ-dan deportasiyasını sürətləndirmək üçün xüsusi uçuşlar təşkil etdiyini elan edib. Bu, Trampın yeni prezidentlik dövrünün ilk günlərində sərhəd təhlükəsizliyi və "qeyri-qanuni miqrasiyaya qarşı mübarizə" vədlərini yerinə yetirməyə başladığını göstərir.

    Digər tərəfdən, Misir Senatının üzvü və siyasi ekspert Abdülmünim Səid, Trampın müşavirinin açıqlamasını belə şərh edib: “Bu, Misir prezidentinin çərşənbə günü dediklərinə cavabdır. Prezident bildirib ki, ABŞ sülh prosesində əsas rol oynamalıdır və həll yolu məcburi köçürülmə deyil, məhz budur. Tramp da buna qarşılıq olaraq alternativ həll təklif edilməsini istəyir.”

    Səid əlavə edib: “Həmişə vurğulayıram ki, biz öz məsələlərimizi özümüz həll etməliyik və ümumi bəyanatlardan uzaq, real həll layihələri təqdim etməliyik. İki dövlətli həll haqqında danışmaq kifayət deyil. Əsas suallar bunlardır: İsrail dövləti Fələstin dövlətinin yanında necə yaşayacaq? Fələstin dövlətində 14 silahlı qrup olacaqmı? Həll praktik və real olmalı, istədiyimiz vəziyyəti formalaşdırmalı və beynəlxalq ictimaiyyəti bu baxışa inandırmalıyıq. Daim beynəlxalq hüquqa və qanunçuluğa istinad edirik, lakin bu, məsələnin həllinə gətirib çıxarmayıb. Tramp məsələni ərəb dövlətlərinin üzərinə atdı və onlardan onun təklifindən daha yaxşı bir həll yolu təqdim etmələrini istədi. Biz də real və effektiv bir həll təqdim etməliyik.”

    #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    10 Noyabr 2025 12:00

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00

    Münqaişə husilərin varlıq mexanizmidir

    1 Noyabr 2025 07:02

    Ehtimal olunan Suriya – Hizbullah müharibəsində İsrail kimi dəstəkləyəcək?

    14 Sentyabr 2025 09:00

    Azərbaycan və İran: mürəkkəb qonşuluğun anatomiyası və əməkdaşlıq imperativi

    8 Sentyabr 2025 11:09

    Misir Ordusunun Tarixi Silahları: Əfsanələr və Həqiqətlər

    6 Avqust 2025 20:52

    Silahı yerə qoyan namərddir – İraq Hizbullahı

    9 Aprel 2025 12:00

    Trampın Ərdoğana Bəy Tərifi

    9 Aprel 2025 11:45

    İsrailin Türkiyə qorxusu... VARMI?

    3 Aprel 2025 12:57

    Elmilik və Ümmətin Dirilişi

    25 Mart 2025 15:11
    Demo
    XƏBƏR LENTİ

    XİN Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Azərbaycanın BMT-Turizmin İcraiyyə Şurasına üzvlüyü təsdiq olunub

    Təyyarə qəzasında 20 hərbçimiz şəhid olub - Türkiyə MN

    Prezident İlham Əliyev Konstitusiya Günü münasibətilə paylaşım edib

    Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

    Bu gün Yuri Andropov SSRİ baş katibi oldu

    Qəzzada 6 min amputasiya aparılıb

    Bu gün Cimmi Karter İran neftinin idxalını dayandırdı

    Tarixdə bu gün - 12 noyabr

    Mədəniyyət Nazirliyi sosial şəbəkələrdə yayılan yalan məlumatlara münasibət bildirib (ƏLAVƏ OLUNUB)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.