Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    İordan çayının qərb sahili - Yeni Qəzza olacaqmı?

    24 Yanvar 2025 15:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    İordan çayının qərb sahili - Yeni Qəzza olacaqmı?

    BAKI,AzerPRess

    Hücumlar, hərbi əməliyyatlar və yəhudi radikallar tərəfindən baş verən iğtişaşlar: Bütün bunlar İordan çayının qərb sahilində demək olar ki, hər gün yaşanır. Keçən bazar ertəsindən bəri Qəzza Zolağında zəif bir atəşkəs hökm sürərkən, münaqişə cəbhəsinin İsrailin davamlı hərbi müdaxiləsi ilə 1967-ci ildən bəri işğal olunan bu Fələstin torpaqlarına keçdiyi görünür.
    Qəzzadakı atəşkəsin başlanmasından iki gün sonra və Donald Trampın Vaşinqtonda yeni prezident olaraq and içməsindən bir gün sonra, İsrail ordusu Qərb Sahilinin şimalında yerləşən Cenin qaçqın düşərgəsində genişmiqyaslı bir əməliyyat başlatdı. Əməliyyat "Dəmir Divar" adlanır və əməliyyata yüzlərlə israilli hərbçi qatılır və bütün bunlara onlara təyyarələr, pilotsuz uçuş aparatları və zirehli buldozerlər dəstək verir.

    Cümə axşamına qədər baş verən döyüşlər nəticəsində İsrail ordusunun məlumatına görə, 13 nəfər həyatını itirib. Təbii ki, söhbət fələstinlilərdən gedir.

    Şahidlər bildirdilər ki, cümə axşamı günü, təxminən 25 min insanın yaşadığı Cenin qaçqın düşərgəsindən yüzlərlə sakin tərk etməyə başlayıb. İsrail ordusu, Qəzzadakı müntəzəm olaraq həyata keçirilən evakuasiya əmrlərinə bənzər bir əmrin verilmiş olduğunu təkzib edib.

    Demo

    İsrail ordusu çərşənbə axşamı, Cenin yaxınlığında yerləşən Bərqin kəndində bir hücum təşkil edib. Ordu, "İslam Cihadı Hərəkatına aid iki silahlını içəridə gizləndiklərini" və "bir neçə başqa nəfəri həbs etdiyini" bildirib. Həmçinin, bu şəxslərin yanvarın əvvəlində İsrailli mülki şəxsləri daşıyan avtobusa edilən hücumda iştirak etdiklərini bildirilir.
    Fələstin Fənduq kəndində açılan atəş nəticəsində üç nəfər fələstinli ölüb, altı nəfər isə yaralanıb.

    Eyni zamanda, radikal yəhudi məskunları Qərb Sahilindəki fələstin kəndlərinə hücum etməyə davam edirlər. Sonuncu hücumlar ötən bazar ertəsi Cinsafut kəndində baş verib.

    İsrail ordusu, İran tərəfindən Fələstin torpaqlarına böyük silah partiyalarının qaçaqmalçılıq yolu ilə keçirildiyini bildirir və iddia edir ki, bu silahlar məhz İordan çayının qərb sahilində gizlədilib.

    İsrail ordusu, bölgədə yeni bir intifadə baş vermə ehtimalına qarşı yüzlərlə maneə qurub. Hərəkət çox çətinləşib, belə ki, Ramallahdan Qüdsə, sadəcə 27 kilometr məsafəyə, getmək artıq dörd saatdan çox çəkə bilər.

    #Qəzza #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzza zolağının infrastrukturunun 85%-i dağıdılıb

    11 Noyabr 2025 10:11

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    10 Noyabr 2025 12:00

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Fələstin Prezidenti və İtaliyanın Baş naziri Qəzza atəşkəsi səylərini müzakirə edib

    8 Noyabr 2025 09:19

    İsrail müdafiə naziri Qəzza zolağında bütün tunellərin məhv edilməsini əmr etdi

    7 Noyabr 2025 14:48

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    Beynəlxalq sabitlik qüvvələri çox yaxın vaxtda Qəzzəyə yerləşdiriləcək - Tramp

    7 Noyabr 2025 07:15

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    İsrail Misir sərhədini bağlı hərbi zona elan etdi

    6 Noyabr 2025 16:51

    Papa XIV Leo və Mahmud Abbas Qəzzada yardım və iki dövlətli həlli müzakirə ediblər

    6 Noyabr 2025 15:49

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin Aliağa limanı 5 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    İran və Səudiyyə Ərəbistanı 2026-cı il Həcc ziyarətinin təşkili üzrə saziş imzalayıb

    Əliyar Ağayev Xorvatiya yığmasının oyununa təyinat aldı

    İran XİN Türkiyəyə başsağlığı verib

    Ramazan 2026-nın başlanğıc və bayram tarixi açıqlanıb

    Kolumbiya prezidenti ABŞ-la kəşfiyyat əlaqələrini dayandırıb

    Qələbədən sonra – Suverenliyin bərpası və Konstitusiyanın 30 illiyi

    Türkiyədən Qazaxıstana dəri ixracı 32 milyon dolları keçib (ÖZƏL)

    Hizbullah xarici təzyiqlərdən yayınmaq üçün ölkə daxilində süni gərginlik yaradır

    XİN Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.