Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Dövlət

    12 Dekabr 2024 19:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice\ArabAz

    Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.

    Bu yazı, insanlıq tarixində ən önəmli təsisatlardan biri olan dövlət haqqında düşüncələrimdən bəhs edir. Dövlət, bir ictimai müqavilənin nəticəsi olaraq formalaşan mexanizmdir. Sadələşdirərək izah edim, çünki bəzən siyasi ədəbiyyatla tanış olan, hətta ziyalı hesab edilən şəxslərin belə bu məsələləri tam dərk etmədiyini müşahidə edirəm.

    Bir qrup insan təhlükəsiz yaşamaq, çörək pulu qazanmaq, sərbəst səyahət etmək və hətta müasir dövrün tələblərinə uyğun olaraq, şəlalələr qarşısında şəkil çəkdirmək kimi arzularını reallaşdırmaq üçün başqa, daha işgüzar və təcrübəli şəxslərlə müqavilə bağlayır. Deyirlər ki: “Biz sizə vergi ödəyəcəyik, əsgər çağıranda xidmətə gedəcəyik və müəyyən məhdudiyyətlərə tabe olacağıq. Siz isə bu sistemi qurun və idarə edin. Nəyi, nə zaman edəcəyinizə siz qərar verin.” Bu mexanizmə dövlət deyirlər.

    Dövlətləri olan xalqlar həqiqətən də xoşbəxtdirlər, xüsusilə də unitar dövlətlərdə yaşayanlar. Bəzən dövlətin müəyyən tədbirləri sizin düşüncələrinizlə üst-üstə düşməyə bilər və hətta sizi narahat edə bilər. Amma unutmayaq ki, dövlət insan tərəfindən qurulan bir təsisatdır və bu səbəbdən nöqsansız deyildir.

    Burada bir məqama toxunmaq istərdim: Əslində dövlətin ideologiyası olmur. Dövlət, bir sistem kimi fəaliyyət göstərir — çarxdır. İnsan bədəninə bənzədilir: ürək-damar, mədə-bağırsaq, hormonal sistemlər… Siz kommunist, millətçi, dindar və ya ateist olsanız da, bu sistemlər hamıda eynidir. Ancaq xalq və millət ruha bənzəyir. Ruhun hissləri, duyğuları və əqidəsi olur. Ona görə də islah edilməli olan, əsasən, xalqın ruhudur.

    Ruhun xəstəlikləri bədənin fəaliyyətinə təsir edir. Beləliklə, islah edilməli olan millətdir. İnsan ruhunu qidalandırmadan, cismən rifahın təmin edilməsini gözləmək məntiqsizdir.

    Bilmirəm, illər keçəcək, yazılarım bu internet məkanında qalacaqmı? Onu yalnız Allah bilir. Amma istəyərdim ki, bu düşüncələr kiminsə zehnində iz buraxsın və xeyirli təsir etsin.

    İdeoloji düşüncəsindən asılı olmayaraq hər kəsə 1991-1993-cü illəri xatırlatmaq istərdim. Bir dəfə 1992-ci ildə Bakı-Tbilisi avtobusu ilə Qazağa gedirdik — anamla birlikdə. Yol boyu bizi Yevlaxda, Gəncədə, Tovuzda və Qazağın girişində dəfələrlə saxladılar. Silahlı şəxslər avtobusa daxil olaraq özlərini nümayiş etdirirdilər. O vaxt yeniyetmə idim. Qanım qaynar idi. Anamı qorumaq üçün hər an döyüşə hazır idim. Cibimdə daşıdığım bıçaq ilə ehtiyatlı dayanmışdım. Şükürlər olsun ki, ciddi bir hadisə baş vermədi. Amma o illərin gətirdiyi streslər bizə yetərincə təsir etdi.

    Sonra 1993-cü ildəki hadisələr və xaos dövrü yaşandı. Bu xaosu aradan qaldırmaq üçün Heydər Əliyev idarəetməni öz əlinə aldı. İdeoloji baxımdan fərqli düşünə bilərik, amma obyektiv olmaq lazımdır: Ən azından Bakıdan Qazağa gedəndə artıq beş yerdə saxlanılmadıq.

    Bundan əlavə, ölkəni parçalamaq təhlükəsi və bir-birinə tarixi və təbii bağlarla bağlı olan türk, tat, talış, ləzgi, avar, saxur və digər xalqlar arasında qarşıdurma yaratmaq cəhdləri də uğursuz oldu. Allahın izni və Heydər Əliyevin səyləri ilə bu müsibətdən qurtulduq.

    İnsan ilk növbədə təhlükəsizliyə ehtiyac duyur. Təhlükəsizlik olmadıqda, qazandığınız pul və yemək belə sizə zəhər olar.

    Bu fikirləri dərindən düşünməyiniz üçün paylaşdım.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15

    Qəbirlər

    18 Noyabr 2025 16:15

    Fərqliliklər

    17 Noyabr 2025 16:01

    Ümmətin tarixində ən böyük faciə şirk faciəsidir

    17 Noyabr 2025 09:49

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Dairələri daraltmaq

    13 Noyabr 2025 09:32

    Ağlın Yolu

    5 Noyabr 2025 09:00

    Səmimiyyət - itməkdə olan dəyər

    31 Oktyabr 2025 08:00

    Sərhəddəki Gərginlik: Pakistan, Əfqanıstan və Yeni Regional Dizayn

    17 Oktyabr 2025 15:29
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 16 Dekabr

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.