Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Gündəm

    Bakıda COP29 çərçivəsinə dini liderlərin sammiti keçiriləcək

    10 Fevral 2024 18:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Fevralın 8-9-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Müsəlman Ağsaqqalları Şurasının (MAŞ) üzvü, şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində Şuranın növbəti iclasında iştirak edib.

    QMİ-dən AzerVoice-ə bildirilib ki, iclasın açılış sessiyasında gündəliyə daxil edilmiş məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    MAŞ sədri, Əl-Əzhər Əş-Şərifin Baş imamı Şeyx Əhməd Ət-Tayyib tədbir iştirakçılarını Şuranın təsis olunmasının 10 illik yubileyi münasibətilə təbrik edib. Vurğulanıb ki, təsis olunduğu tarixdən Müsəlman Ağsaqqallar Şurası İslam dünyasının və bütün bəşəriyyətin üzləşdiyi əsas problem və çağırışlar qarşısında fəal mövqe tutub, İslam birliyi, dinlərarası dialoq, insan qardaşlığı, eləcə də qlobal ətraf mühitin qorunmasında və digər aktual məsələlərdə mühüm rol oynamaqda davam edib.

    Tədbir iştirakçıları ötən il Əbu-Dabi şəhərində keçirilən COP28-də ilk dəfə təşkil olunmuş dinlərarası pavilyonda BMT-nin müvafiq qərarı ilə əsas təşkilatçı qismində çıxış edən, eləcə də adıçəkilən konfrans çərçivəsində Vatikanla birgə dini liderlərin Sammitini keçirən MAŞ-ın uğurunu xüsusilə qeyd ediblər. Bildirilib ki, bu il Azərbaycanda keçiriləcək növbəti COP29 konfransında da BMT dinlərarası pavilyonunun və dini liderlər sammitinin keçirilməsi Müsəlman Ağsaqqalları Şurasına həvalə edilib. Bu məsələdə şeyxülislam Allahşükür Paşazadəyə düşən mühüm rol özəlliklə vurğulanıb.

    Şeyxülislam Allahşükür Paşazadə sonuncu BMT iqlim dəyişikliyi konfransında Şuranın dəyərli təcrübə qazandığını, bu təcrübənin Bakıda keçiriləcək COP29 konfransına töhfə verəcəyinə ümid etdiyini, bunun üçün Azərbaycan dövlətinin müvafiq orqanları ilə görüşəcəyini bildirib.

    Bundan sonra Livan Milli Müsəlman-Xristian Dialoq Mərkəzinin baş katibi Dr.Səmmak Azərbaycanda son dövr ərzində mühüm hadisələrin baş verdiyini, o cümlədən ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnən müharibədən dərhal sonra qalib tərəf olduğu halda qarşı tərəfə sülh üçün əl uzatdığını, növbədənkənar prezident seçkilərinin uğurla keçirildiyini qeyd edib.

    Müzakirə edilən vacib məsələlərdən biri də İslamdaxili məzhəblərarası dialoq olub.

    İclasda şeyxülislam Allahşükür Paşazadənin tövsiyəsi ilə Şuraya üzv seçilən Özbəkistan müsəlmanları idarəsinin sədri, müfti Nurəddin Xoliknazarov təqdim olunub.

    Sonda MAŞ sədri Şeyx Əhməd Ət-Tayyib QMİ sədrinə Şuranın 10 illiyi münasibətilə xatirə medalı təqdim edib.

    Fevralın 9-da Müsəlman Ağsaqqalları Şurasının üzvləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tolerantlıq və Birgəyaşayış naziri Nəhyan bin Mubarək Al Nəhyan ilə görüşüblər.

    Görüş zamanı şeyxülislam BƏƏ-li nazirə ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri barədə məlumat verib, Azərbaycanın ali rəhbərliyinin salam-dualarını çatdırıb.

    Nazir də öz növbəsində Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına öz təbriklərini, salam-dualarını ifadə edib.

    Bakıda COP29 çərçivəsinə dini liderlərin sammiti keçiriləcək
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Ermənistan liderləri mənim dostlarıma çevriliblər - Tramp

    22 Yanvar 2026 14:39

    Soyqırımlar, işğallar, deportasiyalar: Rusiya cinayətlərinin tarixi

    20 Yanvar 2026 08:00

    Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

    19 Yanvar 2026 23:20

    Prezidentliyin ilk ili: Tramp hakimiyyətin sərhədlərini necə genişləndirdi?

    19 Yanvar 2026 09:00

    İranın təhlükəsizlik institutları: onların rolu və “Ali Rəhbər”lə münasibətləri necə tənzimlənir - Rejim gücünü hardan alır?

    18 Yanvar 2026 09:00

    Xamenei İranda iğtişaşlar zamanı minlərlə insan öldüyünü etiraf edib

    18 Yanvar 2026 07:24

    Qrenlandiya böhranı: Avropa Vaşinqtonun iddialarına qarşı mövqe sərgiləyir

    16 Yanvar 2026 15:00

    İslam dünyasında təhlükəsizlik əməkdaşlığının yeni formatı: Ər-Riyad, Ankara və İslamabad daha da yaxınlaşır

    16 Yanvar 2026 12:06

    Baydenin süfrəsində vegetarian qonaq - çayçı oğlu Modi kimdir?

    16 Yanvar 2026 11:31

    Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

    15 Yanvar 2026 14:11

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54

    Şeyx Məhəmməd Mehdi Şəmsəddin: İran şiə dünyasının Vatikanı deyil - Şiələr İranın ardınca sürüklənməməlidir

    12 Yanvar 2026 15:00
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Rusiya ilk dəfə nüvə komanda sistemlərini aktivləşdirdi

    Misirdə 25 Yanvar İnqilabı niyə demokratiya ilə nəticələnmədi?

    Tarixdə bu gün - 25 yanvar

    YPG/SDQ-yə verilən müddət başa çatdı - Dəməşq

    NATO-nun şərq cinahı robotlar və dronlarla gücləndiriləcək

    ABŞ nümayəndələri Qəzzanın gələcəyini müzakirə etmək üçün İsraildədir

    Rusiya İstanbulda dialoqu davam etdirməyə hazır olduğunu bəyan edib

    2025-ci ildə kəsilən qurbanlıq ətlər Qəzzada ehtiyac sahiblərinə çatdırılıb

    Lilit: Mesopotamiya və yəhudi mifologiyasinin qaranliq siması

    ABŞ-da immiqrasiya agentlərinin məsuliyyətsizliyi tənqid edilir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.