Bakı. AzerVoice:
Türkiyə xarici işlər naziri Hakan Fidanla Səudiyyə Ərəbistanı XİN rəhbəri Feysəl bin Fərhan arasında telefon danışığı olub.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, tərəflər danışıqlar zamanı Qəzzadakı son vəziyyəti müzakirə edib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 27 min 238 nəfərə çatıb.