İranda iqtisadi vəziyyətin pisləşməsi fonunda başlayan etirazlar ölkədə siyasi böhranı dərinləşdirib və beynəlxalq miqyasda ciddi mübahisələrə yol açıb. Etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonlarında başlayaraq tədricən İranın 1979-cu il İslam İnqilabından bəri hakimiyyətdə olan dini rəhbərliyinə qarşı daha geniş çağırışlara çevrilib. ABŞ prezidenti Donald Trampın Vaşinqtonun İranda etirazçılara qarşı sərt tədbirlər görüləcəyi təqdirdə hərbi müdaxilə edə biləcəyi ilə bağlı açıqlamaları ABŞ-İran münasibətlərində gərginliyi daha da artırıb.

Yanvarın 15-də Nazirlər Kabinetində “İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib. Bildirilib ki, Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov iclası açaraq Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 8 sentyabr tarixli 711 nömrəli Sərəncamı ilə yaradılmış İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının təşkili ilə bağlı Təşkilat Komitəsinin qarşısında duran əsas vəzifələri qeyd edib, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının 16–19 iyun tarixlərində Bakı şəhərində keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzu baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Demo

Türk Dövlətləri

ABŞ-ın keçmiş rəsmisi Coş Pol İsrailin Türkiyəyə qarşı “Keyfiyyətə əsaslanan hərbi üstünlük” siyasətini genişləndirməyə çalışmasını əsassız və məntiqsiz adlandırıb. Coş Pol açıqlamasında Türkiyənin NATO üzvü olduğunu xatırladaraq, İsrailin hərbi üstünlüyünün ABŞ və NATO-nun ümumi hərbi üstünlüyündən üstün tutulmasının qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, bu yanaşma bütün NATO ölkələri üçün ciddi narahatlıq doğurmalıdır.

Suriya–Azərbaycan Dostluq Cəmiyyətinin sədri, doktor Muxtar Fateh Bi Dilinin qələmə aldığı məqalədə vurğulanır ki, son onilliklər ərzində Azərbaycan–Suriya münasibətləri siyasi və iqtisadi durğunluq, hətta qopma mərhələsindən keçib. Bu vəziyyət xalqlar arasında fikir ayrılıqlarından deyil, daha çox keçmiş Suriya rejiminin – diktator Bəşər Əsəd dövründə yürüdülən siyasətin birbaşa nəticəsi olub. Həmin hakimiyyət Azərbaycanın Qarabağ bölgəsində torpaqlarının işğalı zamanı Ermənistanı siyasi baxımdan dəstəkləməklə suverenlik və ərazi bütövlüyü prinsiplərini açıq şəkildə gözardı edib və bu, iki xalqın maraqları ilə ziddiyyət təşkil edib.

Livanın cənubunda gərginlik artmaqda davam edir. Analitiklər hesab edirlər ki, İsrailin son dövrlər həyata keçirdiyi intensiv hücumlar Baş nazir Benyamin Netanyahunun həm Qəzza cəbhəsində, həm də daxili siyasi müstəvidə artan təzyiqlərdən yayınmaq cəhdi ilə birbaşa bağlıdır. Son günlər Sidqin, Ayn əl-Ədisə və Bint Cübeyl bölgələrində pilotsuz uçuş aparatları və ağır artilleriya vasitəsilə həyata keçirilən zərbələr İsrailin planlı eskalasiya siyasətinə işarə edir. Hücumlar həm Hizbullah-a, həm də beynəlxalq ictimaiyyətə strateji mesaj xarakteri daşıyır.

ABŞ Prezidenti Donald Trampın Venesuelanın neft axınlarını nəzarətə götürmək qərarı Amerika şist (slanets) neft sənayesi üçün ciddi risklər yarada bilər. Qlobal bazara nisbətən ucuz Venesuela neftinin qayıdışı artıq çətin vəziyyətdə olan ABŞ istehsalçılarına əlavə təzyiq göstərəcək. Nəşrin analitikləri bildirir ki, Venesuela xam neftinin bazara daxil olması qlobal təklif bolluğunu daha da gücləndirəcək və qiymətlərin enməsinə səbəb olacaq. Hazırda neft qiymətləri son dörd ilin minimum səviyyəsindədir və yeni həcmdə tədarük bu meyli dərinləşdirə bilər.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampdan İrana hücum planlarını təxirə salmasını istəyib. Məlumata əsasən, Netanyahu yanvarın 14-də ABŞ prezidenti ilə telefonla danışıb. Bildirilib ki, D.Trampın İrandakı gərginliyin azaldılması ilə bağlı "çox vacib mənbələrdən" məlumat aldığına dair eyni gün səsləndirdiyi fikir, onun İrana potensial hücumdan imtina etdiyini göstərirdi.

Demo

Kimdir - Nədir?

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafi 1977-ci il dekabrın 25-də anadan olub. O, Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin ikinci həyat yoldaşı Safiya Farkaşdan olan beşinci övladı və yeganə bioloji qızıdır. Aişə Qəddafi Paris Didro Universitetində təhsil alıb, daha sonra Paris I Panteon–Sorbonna Universitetində hüquq üzrə ali təhsil alıb.

Əvvəlcə qeyd edək ki, Hz. Peyğəmbərimizin (s.ə.s.) Çin ölkəsinə elçi göndərdiyinə dair etibarlı bir rəvayət mövcud deyil. Bu cür məlumatların Hz. Osman (r.a.) dövrünə aid olması ehtimal edilir. İslamdan əvvəlki dövrdə ərəblərlə çinlilər arasında ticarət mərkəzli münasibətlərin mövcud olduğu bilinsə də, İslam mənbələri bu əlaqələrin Hz. Peyğəmbərin (s.ə.s.) dövründə rəsmi səviyyəyə çatmadığını göstərir. Belə ki, Hz. Peyğəmbər müsəlmanlarla müşriklər arasında imzalanmış Hudeybiyə müqaviləsindən sonra, hicrətin altıncı ilinə, yəni miladi 628-ci ilə təsadüf edən dövrdə Bizans, Misir, Şam və Sasani İmperiyası başda olmaqla, qonşu və yaxın səkkiz ölkənin hökmdar və rəhbərlərinə İslama dəvət məqsədilə elçilər göndərmişdir.

1129-cu il 13 yanvar tarixində Fransanın Trua şəhərində keçirilən Trua Kilsə Məclisində Roma Papası Papa II Honori hərbi-dini təşkilat kimi tanınan Templar cəngavərlərinə rəsmi papalıq sanksiyası verdi və bu ordeni “Tanrının ordusu” elan etdi. Bu qərar Templarların hüquqi statusunu möhkəmləndirdi və onların Avropa–Yaxın Şərq siyasi-dini sistemində sürətlə güclənməsinə yol açdı. Templar cəngavərləri 1118-ci ildə fransız əsilli sərkərdə Hüq de Payen tərəfindən yaradılmışdı. Ordenin əsas missiyası Səlib yürüşləri dövründə Müqəddəs Torpaqlara (Fələstin ərazilərinə) gedən xristian zəvvarların təhlükəsizliyini qorumaq idi.